12px13px15px17px
Tarix:16/01/14

Alimlər robotlar üçün kompüter şəbəkəsi yaradıblar

“BBC” korporasiyasının yaydığı məlumata əsasən, alimlər robotlar üçün “RoboEarth” xüsusi kompüter şəbəkəsi yaradıblar.
 
Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihə üzərində “Philips” şirkəti və Avropanın 5 universiteti işləyib. Əsas məqsəd robotlar üçün xüsusi şəbəkənin – vahid süni beynin yaradılması olub. Layihənin rəhbəri Rene van de Molenqraft deyib ki, robotlar sözügedən şəbəkədə məlumat mübadiləsi edə və bir-birindən öyrənə bilərlər.
 
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ideyanın əsasını “bulud” serverinin yaradılması təşkil edir, insanlar və robotlar ora istənilən informasiya yerləşdirəcəklər və bundan sonra sonuncu qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün ondan istifadə edə biləcək.
 
Layihənin yaradıcıları xüsusi yaradılmış xəstəxana palatası nümunəsində sınaqlar həyata keçirmək niyyətindədirlər: robotlar "xəstə"lərə içki verməklə onlara qulluq etməli olacaqlar. Sınaqda dörd robot iştirak edəcək, onlardan biri palatanın sxemini şəbəkəyə yükləyəcək ki, digərləri ondan istifadə edərək otaqda hərəkət edə bilsin. "Əsas problem ondan ibarətdir ki, adətən robotlar bir vəzifəni yerinə yetirirlər və cüzi dəyişikliklər daha əvvəl proqramlaşdırılmış vəzifələrin yerinə yetirilməməsinə səbəb olur – Molenqraft deyib.  – Bizim yaratdığımız sistemin köməyi ilə robotlar real vaxt rejimində edilmiş dəyişikliklərə uyğunlaşacaqlar".
 
İstehsalçılar ümid edir ki, yeni sistemdə işləyə bilən robotlar artıq 10 il sonra satışa çıxarılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024