12px13px15px17px
Tarix:16/01/14

215 dollarlıq “Oppo Neo” smartfonu təqdim edilib

“Oppo” şirkəti “Neo” adlı növbəti ucuz smartfonunu təqdim edib. Qiyməti 215 dollardır.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, aparat keyfiyyətli 4,5 düymlük 854x480 piksel təsvir ölçülü IPS ekran, 1,3 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz edilib. İstehsalçı daxili və əməli yaddaşın həcmi haqqında məlumat açıqlamayıb.

“Oppo Neo” smartfonu, həmçinin 5 və 2 meqapiksellik kamera və 1900 milliamper/saat tutumlu akkumulyator, iki SİM kartın quraşdırılması üçün slotla təchiz edilib. Aparata “Color OS” firma örtüklü “Android 4.2” platforması quraşdırılıb.

Emil Hüseynov



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024