Tarix:17/01/14
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, yeni məhsulu internet nəhənginin "Google X" elmi bölməsi icad edib. O kiçik simsiz çip və linzanın yumşaq materialının iki qatı arasında yerləşən balaca sensor köməyi ilə şəkərin səviyyəsini ölçür.
"Google" şirkətinin icadı, planetimizin hər 19-cu insanının düçar olduğu, şəkər xəstələrinin həyatını yüngülləşdirmək üçün yaradılıb. Hazırda şəkər xəstələri qanda şəkərin səviyyəsini mütəmadi olaraq yoxlamalıdırlar və bunun üçün onlar hər gün barmaqlarından qan götürməli olurlar.
"Bu, qıcıqlandırıcı və ağrılı prosedurdur. Nəticədə, bir çox diabetli insanlar qanlarındakı şəkərin səviyyəsini lazım olduğundan daha gec yoxlayırlar", - deyə "Google X" nümayəndələri bildiriblər.
Hazırda məhsulun prototipi testləşdirilir və bu cür linzaları istifadə edəcək insanları məlumatlandırmaq üsulu axtarırlar. Linza yaradıcılarının sözlərinə əsasən, hələ ki, texnologiyanın kütləvi istifadəyə verilməsi planlaşdırılmır.
"Bu texnologiyanın tətbiqi haqda danışmaq hələ çox tezdir, lakin biz artıq müxtəlif kliniki araşdırmalar aparmışıq . Biz ümid edirik ki, nə vaxtsa bu texnologiya diabetli insanlara yaşamağa kömək edəcək", - şirkət öz bloqunda yazıb.
"Google" şirkəti "ağıllı" linzalar üçün əlavələr yaradacaq tərəfdaşlar axtarmaq niyyətindədir.
"Biz həmişə demişik ki, tərəddüdlü və əcaib görünən layihələr axtarırıq və belə hesab edirik ki, Diabet Federasiyası dünyanın bu xəstəliklə "mübarizədə məğlubiyyətə uğradığını" bildirirsə, biz bunu dəyişməyə çalışmalıyıq", - layihənin həmyaradıcıları Brayan Otis və Babək Pərviz bu qənaətdədirlər.
Aynur Vəliyeva
Şəkər xəstələri üçün “ağıllı” linzalar yaradılıb
"Google" şirkəti "Google Glass"a oxşar yeni məhsul prototipini təqdim edib. Lakin o, kütləvi kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb."ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, yeni məhsulu internet nəhənginin "Google X" elmi bölməsi icad edib. O kiçik simsiz çip və linzanın yumşaq materialının iki qatı arasında yerləşən balaca sensor köməyi ilə şəkərin səviyyəsini ölçür.
"Google" şirkətinin icadı, planetimizin hər 19-cu insanının düçar olduğu, şəkər xəstələrinin həyatını yüngülləşdirmək üçün yaradılıb. Hazırda şəkər xəstələri qanda şəkərin səviyyəsini mütəmadi olaraq yoxlamalıdırlar və bunun üçün onlar hər gün barmaqlarından qan götürməli olurlar.
"Bu, qıcıqlandırıcı və ağrılı prosedurdur. Nəticədə, bir çox diabetli insanlar qanlarındakı şəkərin səviyyəsini lazım olduğundan daha gec yoxlayırlar", - deyə "Google X" nümayəndələri bildiriblər.
Hazırda məhsulun prototipi testləşdirilir və bu cür linzaları istifadə edəcək insanları məlumatlandırmaq üsulu axtarırlar. Linza yaradıcılarının sözlərinə əsasən, hələ ki, texnologiyanın kütləvi istifadəyə verilməsi planlaşdırılmır.
"Bu texnologiyanın tətbiqi haqda danışmaq hələ çox tezdir, lakin biz artıq müxtəlif kliniki araşdırmalar aparmışıq . Biz ümid edirik ki, nə vaxtsa bu texnologiya diabetli insanlara yaşamağa kömək edəcək", - şirkət öz bloqunda yazıb.
"Google" şirkəti "ağıllı" linzalar üçün əlavələr yaradacaq tərəfdaşlar axtarmaq niyyətindədir.
"Biz həmişə demişik ki, tərəddüdlü və əcaib görünən layihələr axtarırıq və belə hesab edirik ki, Diabet Federasiyası dünyanın bu xəstəliklə "mübarizədə məğlubiyyətə uğradığını" bildirirsə, biz bunu dəyişməyə çalışmalıyıq", - layihənin həmyaradıcıları Brayan Otis və Babək Pərviz bu qənaətdədirlər.
Aynur Vəliyeva
Baxış sayı: 739
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib