12px13px15px17px
Tarix:24/01/14

Məktəblilər üçün toz və su keçirməyən planşet təqdim edilib

“Bett 2014” təhsil texnologiyalarının sərgisi çərçivəsində “Intel” şirkəti “Intel Education Tablet” yeni məktəb planşeti və “Intel Classmate PC” netbukunu təqdim edib. Aparatların konstruksiyası möhkəmdir, toz və su keçirmir.
 
“ICTnews” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, “Intel Classmate PC” netbuku “Intel Celeron N2806” prosessoru ilə təchiz edilib. Aparat “Windows 8.1” əməliyyat sistemi ilə işləyir. Sensor ekranlı qurğu fırlanan kameraya malikdir. Əməli yaddaşın həcmi 4 QB təşkil edir. 500 QB-lıq sərt disk və 64 QB-lıq SSD var.
 
Planşet “Android 4.2” platforması ilə işləyir, “Intel Atom Z2520” ikinüvəli prosessoru ilə təchiz edilib. Stilus nəzərdə tutulub. 10 düymlük ekranın təsvir ölçüsü 1280x800 piksel təşkil edir, qurğu 1,2 və 5 meqapiksellik kameralarla təchiz edilib. Planşet “3G” şəbəkələrini dəstəkləyir. Yeni qurğuların avtonom iş vaxtı 12 saat təşkil edir ki, məktəblilər ondan bütün günü istifadə edə bilsinlər. Əməli yaddaşın həcmi 2 QB, daşıyıcıda isə 32 QB təşkil edir.

Emil Hüseynov
 



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024