12px13px15px17px
Tarix:28/01/14

İnternetdə “Samsung” şirkətinin smart eynəyinin təsviri haqqında məlumat yayılıb

“Samsung” şirkəti öz eynək kompüterini hazırlayır. Bu haqda Koreya şirkətinin adsız yüksəkvəzifəli şəxslərinə istinad edən “The Korea Times” nəşri yazıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğu “Galaxy Glass” adlanacaq. “Samsung” şirkəti "Galaxy" sözünü artıq öz mobil elektronikası üçün istifadə edir: şirkət tərəfindən buraxılan smartfon, planşet, pleyer və saatların adında bu söz istifadə edilir.

Eynək simsiz şəbəkə vasitəsilə smartfona qoşulacaq. Ekran qismində olan miniatür "şəffaf və ya yarımşəffaf linza" “Samsung Display” şirkəti tərəfindən istehsal ediləcək.

Sözügedən eynək 2014-cü ilin sentyabrında keçiriləcək “IFA” sərgisində təqdim ediləcək.

Emil Hüseynov
 



Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024