12px13px15px17px
Tarix:05/02/14

Nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-ci Avrasiya İqtisadi Sammitində iştirak edir

Fevralın 4-də Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 17-ci Avrasiya İqtisadi Sammiti öz işinə başlayıb. Sammitdə Azərbaycandan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
 
“Dialoq və sülh layihəsi” olaraq qəbul edilən sammitin gündəliyində dizayn və texnologiya, müasir iqtisadiyyatın inkişafında İKT-nin rolu, texnologiyaların, o cümlədən internetin əlçatanlığına görə ölkələrarası rəqəmli fərqlilik və s. məsələlər yer alıb.
 
 Tədbirə Meksikadan Fransaya, Seneqaldan Pakistana qədər 50-yə yaxın ölkədən 600-dək nümayəndə qatılıb. Sammitdə nazir Əli Abbasovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.



Baxış sayı: 1125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024