Tarix:05/02/14
“Gartner” analitiklərinin proqnozuna əsasən, 2016-cı ilin sonunadək dünya təşkilatlarının 30%-i mobil qurğularda biometrik autentifikasiyadan istifadə edəcəklər. Hazırda onların yalnız 5%-i bu imkandan istifadə edir.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, zamanla istifadəçilər işdə şəxsi mobil qurğulardan istifadəyə üstünlük verəcəklər və qurğuların qorunmasında ənənəvi metodlardan qəti surətdə imtina edəcəklər. Analitik şirkətdən bildirilir ki, belə metodlara, hər şeydən əvvəl, parolla müdafiə aiddir.
Analitiklərin fikrincə, biometrik autentifikasiya lazımi təhlükəsizlik səviyyəsini təmin etməyə icazə verəcək, həmçinin mobil qurğu sahiblərinin can atdığı rahatlığı təmin edəcək.
Xatırladaq ki, biometrik autentifikasiya aparatı – barmaq izi skaneri “Apple”ın qabaqcıl “iPhone 5s” smartfonunda tətbiq edilib. Bu funksiya (Touch ID) 2013-cü ilin sentyabrında təqdim edilmiş yeni aparatda əsas yeniliklərdən biri olub. Bu texnologiyanın əsasını “AuthenTec” şirkətinin həlli təşkil edir.
Emil Hüseynov
Biometrik texnologiyalar dövrü gəlir
Analitiklər korporativ sektorda mobil qurğularda biometrik autentifikasiyanın populyarlaşmasını proqnozlaşdırırlar: 3 il sonra təşkilatların 30%-i ondan istifadə edəcək.“Gartner” analitiklərinin proqnozuna əsasən, 2016-cı ilin sonunadək dünya təşkilatlarının 30%-i mobil qurğularda biometrik autentifikasiyadan istifadə edəcəklər. Hazırda onların yalnız 5%-i bu imkandan istifadə edir.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, zamanla istifadəçilər işdə şəxsi mobil qurğulardan istifadəyə üstünlük verəcəklər və qurğuların qorunmasında ənənəvi metodlardan qəti surətdə imtina edəcəklər. Analitik şirkətdən bildirilir ki, belə metodlara, hər şeydən əvvəl, parolla müdafiə aiddir.
Analitiklərin fikrincə, biometrik autentifikasiya lazımi təhlükəsizlik səviyyəsini təmin etməyə icazə verəcək, həmçinin mobil qurğu sahiblərinin can atdığı rahatlığı təmin edəcək.
Xatırladaq ki, biometrik autentifikasiya aparatı – barmaq izi skaneri “Apple”ın qabaqcıl “iPhone 5s” smartfonunda tətbiq edilib. Bu funksiya (Touch ID) 2013-cü ilin sentyabrında təqdim edilmiş yeni aparatda əsas yeniliklərdən biri olub. Bu texnologiyanın əsasını “AuthenTec” şirkətinin həlli təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 1027
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib