Tarix:05/02/14
Sistemə 360 dərəcəlik baxış bucağını təmin edən xüsusi kameralar daxildir. Siqnal tamaşaçının daşınan displeyinə ötürülür: hazırda mövcud videoeynəklərdən istifadə olunur, lakin gələcəkdə xüsusi qurğu hazırlana bilər.
“NTT” və “Dwango” bildirir ki, sistem video və audiosiqnalın keyfiyyətini optimallaşdırmağa imkan verən xüsusi yayım texnologiyalarının tətbiqini nəzərdə tutur.
Yeni texnologiya kompüterləşdirilmiş eynək və ya papaq geyinən tamaşaçıya səhnənin baxış bucağını başını döndərməklə həqiqi konsert zalı və ya idman arenasında olduğu kimi dəyişməyə imkan verir.
Bundan başqa, yeni platforma nəzəri cəhətdən həm mobil, həm də stasionar istifadəçilərə videoyayımları 360 dərəcəlik əhatədə seyr etməyə imkan yaradacaq. Birinci halda sistem siqnalın maksimal sabitliyini, ikincidə isə daha yaxşı keyfiyyətini təmin edəcək.
Yaxın vaxtlarda layihə iştirakçıları sistemin hərtərəfli sınağını keçirmək və onun effektivliyini qiymətləndirmək niyyətindədirlər. Bundan sonra gələcək fəaliyyətlə bağlı qərarların qəbul ediləcəyi gözlənilir, - "3DNews www.3dnews.ru” yazır.
Yaponiyada innovativ videoyayım sistemi sınaqdan keçirilir
Yaponiyanın nəhəng “Nippon Telegraph and Telephone” (NTT) telekommunikasiya şirkəti və “Dwango” müəssisəsi tamaşaçılara səhnəyə müxtəlif mövqe və bucaqlardan tamaşa etməyə imkan verəcək innovativ videoyayım sistemini layihələşdirir.Sistemə 360 dərəcəlik baxış bucağını təmin edən xüsusi kameralar daxildir. Siqnal tamaşaçının daşınan displeyinə ötürülür: hazırda mövcud videoeynəklərdən istifadə olunur, lakin gələcəkdə xüsusi qurğu hazırlana bilər.
“NTT” və “Dwango” bildirir ki, sistem video və audiosiqnalın keyfiyyətini optimallaşdırmağa imkan verən xüsusi yayım texnologiyalarının tətbiqini nəzərdə tutur.
Yeni texnologiya kompüterləşdirilmiş eynək və ya papaq geyinən tamaşaçıya səhnənin baxış bucağını başını döndərməklə həqiqi konsert zalı və ya idman arenasında olduğu kimi dəyişməyə imkan verir.
Bundan başqa, yeni platforma nəzəri cəhətdən həm mobil, həm də stasionar istifadəçilərə videoyayımları 360 dərəcəlik əhatədə seyr etməyə imkan yaradacaq. Birinci halda sistem siqnalın maksimal sabitliyini, ikincidə isə daha yaxşı keyfiyyətini təmin edəcək.
Yaxın vaxtlarda layihə iştirakçıları sistemin hərtərəfli sınağını keçirmək və onun effektivliyini qiymətləndirmək niyyətindədirlər. Bundan sonra gələcək fəaliyyətlə bağlı qərarların qəbul ediləcəyi gözlənilir, - "3DNews www.3dnews.ru” yazır.
Baxış sayı: 672
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib