Tarix:15/02/14
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mağaza aparatın fotoşəklini və xarakteristikalarını dərc edib və smartfonun 2,2-2,5 milyon vyetnam donqu məbləğində olacağını deyib ki, bu da 103-117 ABŞ dollarına bərabərdir.
“MaiNguyen.vn” mağazasının məlumatına görə, qurğu “Android 4.4.2” ikə işləyəcək, ikinüvəli prosessor, 512 meqabayt əməli yaddaş alacaq və 5 meqapiksellik kamera ilə təchiz ediləcək.
Ekranın diaqonalı 4 düym, təsvir ölçüsü 480x854 nöqtə təşkil edəcək. Smartfonın daxili yaddaşı 4 QB-dır, həmçinin “microSD” üçün slot və sim kart üçün iki slot var.
Daha sonra smartfonun təsvirindən ibarət səhifə “MaiNguyen.vn” internet mağazasından silinib.
Ötən il dekabrın əvvəlindən şəbəkədə “Nokia” şirkətinin “Android” ilə işləyən smartfon çıxaracağı haqqında şayiələr gəzir. Qurğu 24 fevral tarixində Barselonada keçiriləcək “MWC” sərgisində nümayiş etdiriləcəyi gözlənilir.
Emil Hüseynov
Vyetnamın internet mağazası “Nokia”nın “Android”lə işləyən smartfonunun qiymətini açıqlayıb
“WMPoweruser” nəşri yazır ki, Vyetnamın “MaiNguyen.vn” internet mağazası “Nokia”nın “Android” əməliyyat sistemi ilə işləyəcək smartfonunu öz kataloquna əlavə edib.“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mağaza aparatın fotoşəklini və xarakteristikalarını dərc edib və smartfonun 2,2-2,5 milyon vyetnam donqu məbləğində olacağını deyib ki, bu da 103-117 ABŞ dollarına bərabərdir.
“MaiNguyen.vn” mağazasının məlumatına görə, qurğu “Android 4.4.2” ikə işləyəcək, ikinüvəli prosessor, 512 meqabayt əməli yaddaş alacaq və 5 meqapiksellik kamera ilə təchiz ediləcək.
Ekranın diaqonalı 4 düym, təsvir ölçüsü 480x854 nöqtə təşkil edəcək. Smartfonın daxili yaddaşı 4 QB-dır, həmçinin “microSD” üçün slot və sim kart üçün iki slot var.
Daha sonra smartfonun təsvirindən ibarət səhifə “MaiNguyen.vn” internet mağazasından silinib.
Ötən il dekabrın əvvəlindən şəbəkədə “Nokia” şirkətinin “Android” ilə işləyən smartfon çıxaracağı haqqında şayiələr gəzir. Qurğu 24 fevral tarixində Barselonada keçiriləcək “MWC” sərgisində nümayiş etdiriləcəyi gözlənilir.
Emil Hüseynov
Baxış sayı: 754
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib