2014-cü ildə internetə çıxışa malik yeni qurğuların sayı 6 milyardı ötəcək
“IHS Technology” analitik şirkətinin qiymətləndirməsinə görə, cari ildə dünyada internetə çıxış imkanına malik 6 milyarddan çox yeni qurğu buraxılacaq. Söhbət fərdi kompüter, planşet, smartfon, oyun konsolları, “ağıllı” televizor və s.-dən gedir.
2013-cü ildə qlobal miqyasda internetə çıxışı olan təxminən 5,82 milyard yeni qurğu istehsal olunub. 2014-cü ildə bu rəqəmin 6,18 milyardadək artacağı gözlənilir. Proqnoz özünü doğrultsa, ötən illə müqayisədə artım təqribən 6 faiz təşkil edəcək.
Bundan sonra internetə çıxışa malik qurğuların istehsalının artım tempi bir qədər zəifləyəcək. Qiymətləndirməyə əsasən, 2015-2017-ci illərdə 19,42 milyard bu qurğudan buraxılacaq.
Bu il oyun konsollarının istehsal həcminin 45 faiz artacağı proqnozlaşdırılır. Buna yeni nəsil “PlayStation 4” və “Xbox One” oyun qurğuları zəmin yaradacaq. Bundan başqa, planşetlərin tədarük həcmi dörddə bir dəfə, mobil aparatlara tələbat 7 faiz, maye-kristal televizorların istehsalı 5 faiz, televizor qurğuları 7 faiz artacaq.
Analitiklər həmçinin satış həcmində azalmanın gözlənildiyi bir neçə məhsul kateqoriyasını qeyd edirlər. Bunların sırasına fotoaparat, masaüstü kompüter, “DVD” pleyer, portativ mediapleyer və videokameralar daxildir. Proqnozlara görə, xüsusilə fotokameralara tələbat 13 faiz azalacaq, çünki əksər istifadəçilər smartfon kameralarının təqdim etdiyi imkanları yetərli hesab edir, - "3DNews” yazır.
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib