12px13px15px17px
Tarix:17/02/14

İxtisaslı mütəxəssislərin çatışmaması Avropada “5G” şəbəkəsinin inkişafını yubada bilər

Çinin "Huawei" şirkətinin Avropa bölməsinin ictimaiyyətlə əlaqələr şöbəsinin vitse-prezidenti Antonio Qrasionun sözlərinə görə, beşinci nəsil mobil şəbəkəsi daha böyük buraxılış qabiliyyətinə malik olacaq və internetə qoşulan milyardlarla qurğular arasında əlaqəni təmin edəcək.

"5G" şəbəkəsindən kommersiya istifadəsinə 2020-ci ildə başlanması gözlənilsə də, Avropada həmin vaxtadək genişzolaqlı mobil rabitə sahəsində çalışan yüksəkixtisaslı mütəxəssislərdə çatışmazlıq müşahidə oluna bilər.

O, "Huawei" şirkəti tərəfindən Münhendə keçirilən "5G Summit" konfransında verdiyi müsahibədə daha sonra qeyd edib ki, universitet məzunları akademik təhsilə malikdirlər, lakin onların dərhal işə başlaması üçün bilikləri yetərli deyil.
Bundan başqa, Çin istehsalçısının simsiz texnologiyalar üzrə texniki direktoru Ven Tun bildirib ki, əvvəlki nəsillərdən fərqli olaraq "5G" mobil şəbəkəsinin qurulması çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yarada bilər. Kompüterlərarası rabitədən praktiki istifadə təkcə telekommunikasiya sahəsində deyil, həm də digər sahələrdə mütəxəssislərə tələbatın artmasına səbəb olur.

Qeyd edək ki, kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq "5G" şəbəkəsinin buraxılış qabiliyyəti "3G" ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq, - "Computerworld www.osp.ru" yazır.  
 



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024