12px13px15px17px
Tarix:17/02/14

Dünyanın aparıcı universitetləri on ilə insan beyninin molekulyar modelini yaratmaq niyyətindədir

Dünyanın səksən aparıcı universiteti yaxın on il ərzində insan beyninin tam molekulyar modelini yaratmaq üçün səylərinin birləşdirib.

Belə ki, Böyük Britaniyanın “BBC” radiostansiyasının məlumatına görə, “Brainome” adlandırılan layihənin məqsədi süni yolla insan beyninin strukturunun yaradılması sayəsində beynin iş fəaliyyətini anlamaq üçün yeni səviyyəyə nail olmaqdır.

“İnsan beyninin kodunun açılması ayrıca neyrona – onun fəaliyyət strukturunun əsasını təşkil edən xüsusi hüceyrəyə çatdırılacaq. Nəticədə alimlər kompüter sistemləri vasitəsilə insan beyninin tam ilk analoqunu yaratmaq imkanı əldə edəcəklər”, - radiostansiya qeyd edib.

Bəzi mütəxəssislər hesab edirlər ki, “Brainome” layihəsi insan beyninin analoji prinsipləri əsasında fəaliyyət göstərəcək inqilabi kompüter texnologiyalarının əsasını qoymağa imkan verəcək.

Layihədə Avropa İttifaqının iyirmi iki ölkəsinin universitetləri, eləcə də ABŞ, Çin və Yaponiya universitetləri iştirak edir, - "İTAR-TASS www.itar-tass.com” yazır.  



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024