Tarix:21/02/14
“iP1” adi tapançadan bir qədər bahadır (1399 dollar üstəgəl “RFID” çipinin quraşdırıldığı saata görə 399 dollar). Müqayisə üçün qeyd edək ki, Avstriyanın “Glock GmbH” şirkətinin istehsalı olan çoxgülləli “40 S&W” tapançasını ABŞ-da təxminən 600 dollara əldə etmək mümkündür.
“Smart” silah hələlik yalnız Los-Ancelesin şimal hissəsində yerləşən "Oak Tree Gun Club” mağazasında satılır. Mağaza sahibi Ceyms Mitçell “iP1”-in silah ticarətində inqilab edəcəyinə əmin olduğunu bildirib.
"iP1” tapançasının əsasını "RFID” çip sistemi təşkil edir. Bu sistemə bahalı geyimlərin oğurluq əleyhinə olan maqnit birkalarında rast gəlmək olar. Bu texnologiyadan İrlandiyanın “TriggerSmart” şirkəti də istifadə edir.
Lakin İrlandiya istehsalçısı əlaqələndirici qurğu kimi saatdan yox, üzükdən istifadə edir, həmçinin məktəb və ya digər ictimai yerlərin yaxınlığında olan zaman silahdan istifadəni qadağan edən sistemi inkişaf etdirir.
“Ağıllı” silahı tənqid edənlər də kifayət qədərdir. Belə ki, ABŞ İdman Atıcılığı Fondu (NSFF) tərəfindən rəyi soruşulanların 44 faizi texnologiyanın etibarlığına şübhə ilə yanaşaraq silahın lazım olan məqamda işə düşməyə biləcəyini deyiblər, - “Vesti www.vesti.ru” yazır.
ABŞ-da ilk “ağıllı” tapançalar satışa çıxarılıb
ABŞ-ın Kaliforniya ştatında Almaniyanın "Armatix” şirkətinin hazırladığı 22 kalibrli ilk “ağıllı” tapançaların satışına başlanılıb. "iP1” tapança modeli qara rəngli sukeçirməz saat ilə birlikdə işləyir. Onlar bir-birinin yaxınlığında olduqda, “smart” silah avtomatik olaraq qoruyucudan açılır, bir-birinin yaxınlığında olmayanda isə ondan atəş açmaq mümkün olmur.“iP1” adi tapançadan bir qədər bahadır (1399 dollar üstəgəl “RFID” çipinin quraşdırıldığı saata görə 399 dollar). Müqayisə üçün qeyd edək ki, Avstriyanın “Glock GmbH” şirkətinin istehsalı olan çoxgülləli “40 S&W” tapançasını ABŞ-da təxminən 600 dollara əldə etmək mümkündür.
“Smart” silah hələlik yalnız Los-Ancelesin şimal hissəsində yerləşən "Oak Tree Gun Club” mağazasında satılır. Mağaza sahibi Ceyms Mitçell “iP1”-in silah ticarətində inqilab edəcəyinə əmin olduğunu bildirib.
"iP1” tapançasının əsasını "RFID” çip sistemi təşkil edir. Bu sistemə bahalı geyimlərin oğurluq əleyhinə olan maqnit birkalarında rast gəlmək olar. Bu texnologiyadan İrlandiyanın “TriggerSmart” şirkəti də istifadə edir.
Lakin İrlandiya istehsalçısı əlaqələndirici qurğu kimi saatdan yox, üzükdən istifadə edir, həmçinin məktəb və ya digər ictimai yerlərin yaxınlığında olan zaman silahdan istifadəni qadağan edən sistemi inkişaf etdirir.
“Ağıllı” silahı tənqid edənlər də kifayət qədərdir. Belə ki, ABŞ İdman Atıcılığı Fondu (NSFF) tərəfindən rəyi soruşulanların 44 faizi texnologiyanın etibarlığına şübhə ilə yanaşaraq silahın lazım olan məqamda işə düşməyə biləcəyini deyiblər, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 828
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib