Tarix:24/02/14
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni saatları sentyabrda təqdim edilmiş sələfindən fərqləndirən əsas cəhət əməliyyat sistemidir. Yeni qurğular "Tizen" sistemi ilə işləyir, halbuki birinci nəsil cihazlar "Android" platforması ilə işləyir. "Tizen" əməliyyat sistemi "Linux" nüvəsinə əsaslanır; oktyabrda nümayiş etdirilmiş "Samsung NX300M" fotoaparatı onun əsasında işləyən birinci qurğu olub.
Bundan başqa, "Samsung" yeni saatlarda qurğunun birinci nəslində aşkar edilmiş çatışmazlıqları aradan qaldırıb. İkinci nəsil qurğular batareya ilə iki-üç gün işləyə bilər. Maraqlıdır ki, yeni smart saatlarda akkumulyatorun çəkisi azalıb.
Saatların xarici görünüşü də dəyişdirilib: belə ki, kamera və mikrofon artıq qurğunun korpusunda yerləşir. Birinci nəsil saatlarda onlar qayışa quraşdırılmışdı ki, bu da onların dəyişdirilməsini çətinləşdirib.
Saatlar 1 QHs takt tezlikli ikinüvəli prosessor və 1,63 düymlük sensor ekranla təchiz edilib. Daxili yaddaşın həcmi 4 QB, əməli yaddaş isə 512 MB təşkil edir. Qurğu nəbz ötürücüsü ilə təchiz edilib; bundan başqa, saat toz və sudan qorunub.
"Samsung" hələ ki saatların qiymətini açıqlamayıb, yalnız dəqiqləşdirib ki, onlar 2014-cü ilin aprelində satışa çıxarılacaq. Qurğu onlarla "Galaxy" smartfonu ilə uyğun olacaq. Xatırladaq ki, birinci nəsil saatlar çıxarıldıqda yalnız iki aparatla işləyib: "Note 3" smartfonu və "Note 10.1 2014 Edition" planşeti.
Emil Hüseynov
“Samsung” şirkəti ikinci nəsil "ağıllı” saatlarını təqdim edib
"Samsung" şirkəti Barselonada keçirilmiş mətbuat konfransında "Gear" "ağıllı" saatlarının ikinci nəslini təqdim edib: "Gear 2" və "Gear 2 Neo". "Gear 2" smart saatı daxili iki meqapiksel təsvir ölçülü kamera ilə təchiz edilib, "Gear 2 Neo"nun çəkisi 55 qr, "Gear 2" isə 68 qr-dır."ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni saatları sentyabrda təqdim edilmiş sələfindən fərqləndirən əsas cəhət əməliyyat sistemidir. Yeni qurğular "Tizen" sistemi ilə işləyir, halbuki birinci nəsil cihazlar "Android" platforması ilə işləyir. "Tizen" əməliyyat sistemi "Linux" nüvəsinə əsaslanır; oktyabrda nümayiş etdirilmiş "Samsung NX300M" fotoaparatı onun əsasında işləyən birinci qurğu olub.
Bundan başqa, "Samsung" yeni saatlarda qurğunun birinci nəslində aşkar edilmiş çatışmazlıqları aradan qaldırıb. İkinci nəsil qurğular batareya ilə iki-üç gün işləyə bilər. Maraqlıdır ki, yeni smart saatlarda akkumulyatorun çəkisi azalıb.
Saatların xarici görünüşü də dəyişdirilib: belə ki, kamera və mikrofon artıq qurğunun korpusunda yerləşir. Birinci nəsil saatlarda onlar qayışa quraşdırılmışdı ki, bu da onların dəyişdirilməsini çətinləşdirib.
Saatlar 1 QHs takt tezlikli ikinüvəli prosessor və 1,63 düymlük sensor ekranla təchiz edilib. Daxili yaddaşın həcmi 4 QB, əməli yaddaş isə 512 MB təşkil edir. Qurğu nəbz ötürücüsü ilə təchiz edilib; bundan başqa, saat toz və sudan qorunub.
"Samsung" hələ ki saatların qiymətini açıqlamayıb, yalnız dəqiqləşdirib ki, onlar 2014-cü ilin aprelində satışa çıxarılacaq. Qurğu onlarla "Galaxy" smartfonu ilə uyğun olacaq. Xatırladaq ki, birinci nəsil saatlar çıxarıldıqda yalnız iki aparatla işləyib: "Note 3" smartfonu və "Note 10.1 2014 Edition" planşeti.
Emil Hüseynov
Baxış sayı: 872
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib