Tarix:24/02/14
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, uzun müddətdir süni intellektin yaradılması problemi ilə məşğul olan Kursveyl deyib ki, onun qiymətləndirməsinə görə, kompüterlər 15 il sonra intellekt səviyyəsinə görə insanla bərabər olan “Türinq” testini keçmək bacarığına malik ola biləcəklər. Futuroloq deyib ki, “Apple” və ya “Google”un səs köməkçisini xatırlasaq, onun proqnozu heç də gözlənilməz səslənmir.
Adı çəkilən korporasiyaların böyük resurslarını və vəsaitlərini nəzərə alaraq, süni intellektə malik olan robotların yaranmasını təsəvvür etmək heç də çətin deyil. Hətta robotların insan hisslərini hiss etməsi tamamilə real səslənir.
Reymond Kursveyl nitqin tanınması sistemlərinin yaradıcısı kimi tanınır. Bundan əvvəl onun futuroloji proqnozları artıq həyata keçib. Belə ki, 1990-cı ildə demişdi ki, kompüter 1998-ci ilədək şahmat üzrə dünya çempionuna qalib gələcək. 1997-ci ildə Harri Kasparov “Deep” kompüteri ilə keçirilmiş oyunda məğlub olub.
Emil Hüseynov
15 il sonra kompüterlər intellekt cəhətdən insanlardan daha ağıllı olacaq
2029-cu ilədək kompüterlər insan dilini öyrənəcək və intellekt cəhətdən insanlardan daha ağıllı olacaq. “Google”un texniki direktoru vəzifəsində çalışan məşhur futuroloq Reymond Kursveylin bəyanatına istinad etmiş “The Independent” nəşri yazıb.“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, uzun müddətdir süni intellektin yaradılması problemi ilə məşğul olan Kursveyl deyib ki, onun qiymətləndirməsinə görə, kompüterlər 15 il sonra intellekt səviyyəsinə görə insanla bərabər olan “Türinq” testini keçmək bacarığına malik ola biləcəklər. Futuroloq deyib ki, “Apple” və ya “Google”un səs köməkçisini xatırlasaq, onun proqnozu heç də gözlənilməz səslənmir.
Adı çəkilən korporasiyaların böyük resurslarını və vəsaitlərini nəzərə alaraq, süni intellektə malik olan robotların yaranmasını təsəvvür etmək heç də çətin deyil. Hətta robotların insan hisslərini hiss etməsi tamamilə real səslənir.
Reymond Kursveyl nitqin tanınması sistemlərinin yaradıcısı kimi tanınır. Bundan əvvəl onun futuroloji proqnozları artıq həyata keçib. Belə ki, 1990-cı ildə demişdi ki, kompüter 1998-ci ilədək şahmat üzrə dünya çempionuna qalib gələcək. 1997-ci ildə Harri Kasparov “Deep” kompüteri ilə keçirilmiş oyunda məğlub olub.
Emil Hüseynov
Baxış sayı: 729
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib