12px13px15px17px
Tarix:24/02/14

“Samsung” şirkəti “Smart TV” modellərinin satışında liderdir

Cənubi Koreyanın "Samsung" şirkəti dünya "Smart" (ağıllı) funksiyalı televizor modelləri bazarında satışların həcminə görə liderlik mövqeyini qoruyaraq 2013-cü ilin dördüncü rübündə payını 26,4 faizə çatdırıb. Bu barədə "Strategy Analytics" analitik şirkətinin hesabatında deyilir.

Hesabata əsasən, "Samsung"un yaxın rəqibi "LG" şirkəti "Smart TV" bazarında 14,4 faiz paya sahibdir. Yaponiyanın "Sony" şirkəti ümumilikdə "LG"-dən televizorların satışına görə xeyli geri qalsa da, intellektual funksiyaya malik modellərin satışı üzrə ona yaxınlaşıb. Belə ki, Yaponiya istehsalçısı "Smart TV" bazarında 14,3 faizlik paya sahibdir.   

Televizorların ümumi satış həcmində vəziyyət bir qədər fərqlidir. Burada "Samsung" 21 faiz, "Sony" 6 faizdən bir az çox paya sahibdir. Yaponiya şirkəti ən uğurlu istehsalçılar reytinqində üçüncü yeri Çinin "TCL" şirkətinə verməli olub, - "HDTV www.hdtv.ru" yazır.



Baxış sayı: 849

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024