12px13px15px17px
Tarix:25/02/14

Dünyanın ən sürətli "Wi-Fi” marşrutlayıcısı nümayiş olunub

Çinin "Huawei" şirkəti Barselonada keçirilən "Mobile World Congress" (MWC 2014) mobil sənaye sərgisində "LTE Cat6" rabitə standartını dəstəkləyən yeni "Wi-Fi" marşrutlayıcısını təqdim edib. "Huawei E5786" qurğusu məlumatların 300 Mbit/saniyə sürətində ötürülməsini təmin edir.

Yeni qurğuya eyni anda onadək "Wi-Fi" qurğusunu qoşmaq mümkündür və 300 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator batareyası "LTE" şəbəkəsindən istifadə rejimində 10 saat, gözləmə rejimində 500 saatadək işi təmin edir. Marşrutlayıcı smartfon və digər mobil qurğular üçün adapter rolunda da çıxış edə bilər. Çin istehsalçısı "E5786" modelini dünyanın ilk "Wi-Fi 802.11ac 2x2 MIMO" və ikidiapazonlu (2.4G/5G) cüt antenanı dəstəkləyən "Mobile Wi-Fi" marşrutlayıcısı kimi qələmə verir.    

Marşrutlayıcı bircə toxunuşla aktivləşmə funksiyasına və SMS-bildirişlərə, məlumatların ötürülmə statistikasına baxmağa, batareyanın vəziyyətini izləməyə imkan verən interfeysə, eləcə də akkumulyatorun enerjisini saxlamaq üçün avtomatik ayrılma parametrlərinə malikdir. Bütün bu funksiyaları smartfonda quraşdırılan "Huawei Mobile Wi-Fi" əlavəsinin köməyi ilə idarə etmək olar. Bundan başqa, qurğu möhkəm ekranla təchiz edilib, "microUSB 3.0" çıxışını dəstəkləyir, üç saat ərzində enerji toplayır və 5 saniyəyə yüklənir.
 
Qalınlığı 15,9 mm, çəkisi 145 qram təşkil edən yeni qurğunun qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir, - "3DNews www.3dnews.ru" yazır.



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024