Tarix:28/02/14
Mütəxəssislərin sözlərinə görə, robot enerjiyə qənaətcil zəncirli mişarla təchiz edilib və onu ağacın quruluşuna uyğun quraşdırmaq mümkündür. Aparatın meşəqıran insanlara qol-budaqların kəsilməsi kimi təhlükəli işdə yardımçı olacağı gözlənilir.
Çəkisi 13 kq təşkil edən robot-meşəqıran diametri 6-25 sm olan ağacların gövdəsi üzrə yuxarı və aşağı hərəkət edə bilir. Gövdə üzrə hərəkət sürəti dəqiqədə 25 santimetrə bərabərdir. Robotun özəlliyi ondan ibarətdir ki, qol-budaqlar kəsilən zaman o, gövdə üzrə yerdəyişmə ötürücüsündən istifadə etmir, çəkisinin ağırlığı ilə özünü saxlayır. Kəsilən qol-budaqların diametri beş santimetri ötməməlidir.
Robot-meşəqıran artıq otaqda düz taxta dirəkdə və meşədə düz gövdəli ağaclarda sınaqdan keçirilib. Robot haqqında ətraflı məlumat hələ ki verilmir. Aparat ilk dəfə 2013-cü ildə “IEEE ICMA” beynəlxalq sərgisində təqdim olunub, - "Lenta www.lenta.ru” yazır.
Yaponiyada meşəqıran robot yaradılıb
Yaponiyanın “Marutomi Seiko” şirkətinin və Qrifu Universitetinin mütəxəssisləri əsas vəzifəsi ağacın gövdəsi ilə hərəkət etmək və qol-budaqları kəsməkdən ibarət olan robot-meşəqıran yaradıblar.Mütəxəssislərin sözlərinə görə, robot enerjiyə qənaətcil zəncirli mişarla təchiz edilib və onu ağacın quruluşuna uyğun quraşdırmaq mümkündür. Aparatın meşəqıran insanlara qol-budaqların kəsilməsi kimi təhlükəli işdə yardımçı olacağı gözlənilir.
Çəkisi 13 kq təşkil edən robot-meşəqıran diametri 6-25 sm olan ağacların gövdəsi üzrə yuxarı və aşağı hərəkət edə bilir. Gövdə üzrə hərəkət sürəti dəqiqədə 25 santimetrə bərabərdir. Robotun özəlliyi ondan ibarətdir ki, qol-budaqlar kəsilən zaman o, gövdə üzrə yerdəyişmə ötürücüsündən istifadə etmir, çəkisinin ağırlığı ilə özünü saxlayır. Kəsilən qol-budaqların diametri beş santimetri ötməməlidir.
Robot-meşəqıran artıq otaqda düz taxta dirəkdə və meşədə düz gövdəli ağaclarda sınaqdan keçirilib. Robot haqqında ətraflı məlumat hələ ki verilmir. Aparat ilk dəfə 2013-cü ildə “IEEE ICMA” beynəlxalq sərgisində təqdim olunub, - "Lenta www.lenta.ru” yazır.
Baxış sayı: 899
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib