Tarix:03/03/14
Qurğu daxili GPS ötürücüsü, kompas, jiroskop, barometr, spiker, mikrofon, məlumat saxlancı və batareya ilə təchiz edilib. Cihazı qaş, dil və baş nahiyəsindəki başqa mikro hərəkətlərin köməyi ilə idarə etmək mümkün olacaq.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, əmrlərin oxunması üçün əzələ yığılmalarına reaksiya verən infraqırmızı ötürücüdən istifadə olunur. Xirosima Universitetindən Kazuxiro Taniquçi izah edib ki, qurğu kosmonavtlar, motosikletçilər və ya, məsələn, qayalara dırmaşan idmançılar üçün əlverişli olacaq: onların hər iki əli, bir qayda olaraq, məşğuldur və buna görə də "üçüncü əl” onlara mane olmayacaq.
Cihaz, həmçinin insanın fizioloji vəziyyəti haqqında məlumatları əldə etmək bacarığına malikdir – bu səbəbdən qurğu yaşlı insanları müşahidə etmək üçün tətbiq edilə bilər.
Emil Hüseynov
Yaponiyada kompüter-qulaqcıq sınaqdan keçirilir
Yapon mühəndisləri “Earclip-type Wearable PC” miniatür kompüterini sınaqdan keçirməyə başlayıblar. Qurğunun çəkisi 17 qr-dır və istifadəçi onu qulağına bərkidir.Qurğu daxili GPS ötürücüsü, kompas, jiroskop, barometr, spiker, mikrofon, məlumat saxlancı və batareya ilə təchiz edilib. Cihazı qaş, dil və baş nahiyəsindəki başqa mikro hərəkətlərin köməyi ilə idarə etmək mümkün olacaq.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, əmrlərin oxunması üçün əzələ yığılmalarına reaksiya verən infraqırmızı ötürücüdən istifadə olunur. Xirosima Universitetindən Kazuxiro Taniquçi izah edib ki, qurğu kosmonavtlar, motosikletçilər və ya, məsələn, qayalara dırmaşan idmançılar üçün əlverişli olacaq: onların hər iki əli, bir qayda olaraq, məşğuldur və buna görə də "üçüncü əl” onlara mane olmayacaq.
Cihaz, həmçinin insanın fizioloji vəziyyəti haqqında məlumatları əldə etmək bacarığına malikdir – bu səbəbdən qurğu yaşlı insanları müşahidə etmək üçün tətbiq edilə bilər.
Emil Hüseynov
Baxış sayı: 904
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib