12px13px15px17px
Tarix:12/03/14

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Çilidə səfərdə olub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 10-11 mart tarixlərində Çili Respublikasında prezident mandatının cənab Sebastian Pinera Eçenikedən yeni seçilmiş prezident xanım Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan Respublikası hökuməti adından iştirak etmək məqsədilə Çilidə səfərdə olub.
 
 Səfərin birinci günü nazir Əli Abbasov mandatını başa vurmaqda olan prezident cənab Sebastian Pinera və onun hökumətindəki xarici işlər naziri cənab Alfredo Morenonun adından təşkil olunmuş rəsmi tədbir və qəbullarda iştirak edib.
 
11 mart tarixində isə yeni prezident Mişel Baçelet və onun hökumət üzvlərinin andiçmə mərasimində iştirak edən nazir Çilinin dövlət başçısına Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ən xoş arzularını və səmimi təbriklərini çatdırıb. Səfər çərçivəsində son olaraq nazir Çilinin yeni daxili işlər naziri cənab Rodriqo Penailillonun adından xarici nümayəndə heyətləri başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda da iştirak edib.



Baxış sayı: 1317

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024