Tarix:15/03/14
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinada işgüzar səfərdə olmuşdur
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinada işgüzar səfərdə olmuşdur.
Nazir səfər çərçivəsində Argentina Federal Planlaşdırma, İctimai sərmayələr və xidmətlər naziri ilə görüşmüşdür. Görüşdə Argentinanın peyk sənayesi və nüvə texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlərinin Azərbaycan bazarına sərmayə qoyuluşunda maraqlı olduqları vurğulanmışdır.
Görüşdə cari ilin 2-5 dekabr tarixində "Bakutel-2014" sərgisi çərçivəsində ilk "Azərbaycan-Argentina Yüksək Texnologiyalar Forumu"nun keçirilməsi qərara alınmışdır. Görüşdə "Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında "Çərçivə sazişi" imzalanmışdır.

Eyni zamanda Argentinanın aparıcı süni peyk şirkəti olan "INVAP"ın icraçı direktoru ilə görüş keçirilmiş, şirkətin Azərbaycanda fəaliyyət strategiyası təqdim edilmişdir.
Nazir Əli Abbasov Argentina Atom Enerjisi Komissiyanın (CONEA) prezidenti ilə də görüş keçirmişdir. Görüşdə şirkətin sülh məqsədləri üzrə nüvə-atom texnologiyalarının inkişafı haqda məlumat verilmiş və perspektiv planları haqda təqdimat keçirilmişdir.
Argentinanın peyk, radio və telekommunikasiya dövlət şirkəti "ARSAT"ın Buenos-Ayresdə yerləşən yerüstü idarəetmə mərkəzində keçirilən geniş spektrli təqdimatda da şirkətin fəaliyyəti və gələcək planları haqda məlumat verilmişdir. "ARSAT"ın "AzərKosmos" ASC ilə əlaqələrin qurulması və müvafiq tərəfdaşlıq əsasında peyk tutumlarının kommersiya əsasında satışının həyata keçirilməsində maraqlı olduğu bildirilmişdir.
Daha sonra nazir Əli Abbasov Argentinanın Elm, texnologiya və produktiv innovasiyalar naziri ilə ikitərəfli görüş keçirmişdir.
Argentinalı nazir 2013-cü ildə ölkəmizə səfərinin onda böyük təəssürat yaratdığını bildirmiş, İKT sahəsinin prioritet elan edilməsini yüksək qiymətləndirərək Azərbaycanla elmi tutumlu məhsulların birgə istehsalında maraqlı olduğunu vurğulamışdır.
Nazir ölkəmizdə yüksək texnologiyalara xüsusi önəm verildiyini əsas gətirərək gələcəkdə Argentina-Azərbaycan birgə müəssisələrinin yaradılmasını təklif etmiş və bu təklif dəstəklənmişdir. Belə ki, bu istiqamətdə həm Azərbaycanda, həm də Argentinada sahibkar qruplarla məsləhətləşmələr aparılaraq, müvafiq təkliflərin hazırlanması qərara alınmışdır.

Səfər müddətində Azərbaycan Respublikasının Argentina Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məmməd Əhmədzadə görüş və müzakirələrdə iştirak etmişdir.
Baxış sayı: 1270
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir