Tarix:31/03/14
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Sinqapur Mikroelektronika İnstitutunda işləyən tədqiqatçıların hazırladığı xüsusi mikroçipin ölçüsü o qədər kiçikdir ki, onu pasiyentin beyninə heç bir risk olmadan uzunmüddətli yerləşdirmək olar. Bu mikroçipin əsas vəzifəsi insana əl-ayaq protezlərinin idarəsində kömək etməkdir.
Alimlərin neyron massiv adlandırdıqları bu çip pasiyentin beyni ilə onun protezi arasında əlaqə yaradaraq əlillərə yenidən ayağa qalxmağa imkan verəcək. Texnologiya hələ ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə bu kiçik çiplərin yeni tətbiq sahələri haqqında eşitməyimiz istisna deyil.
Sözügedən texnologiyalardan istifadə zamanı risk səviyyəsinin minimumadək endirilməsinə baxmayaraq, heç kəs bundan tam sığortalanmayıb. Bu çipin beyinə implantasiyası zamanı həkimlər kəllədə dəlik açmalı olacaqlar. Beyinə infeksiya düşmə və ya hətta beynin həyati əhəmiyyətli sahəsinə zərər vurmaq riski mövcuddur.
Hazırda Sinqapur alimləri pasiyentlər üçün risk səviyyəsini minimuma endirmək üçün öz texnologiyasının yekun təkmilləşdirmələri üzərində işləyirlər. Bundan sonra bir çox əlillərin düşüncənin gücü ilə öz protezlərini idarə edə biləcəkləri istisna edilmir.
Emil Hüseynov
Əlillərin yenidən ayağa qalxmasına kömək edən mikroçip hazırlanır
Beyinə implantasiya edilən çiplər əvvəlki kimi bizim tərəfimizdən elmi fantastika sahəsi ilə bağlı qəbul edilir. Lakin tezliklə belə çiplər tibb sahəsində geniş tətbiq ediləcək.“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Sinqapur Mikroelektronika İnstitutunda işləyən tədqiqatçıların hazırladığı xüsusi mikroçipin ölçüsü o qədər kiçikdir ki, onu pasiyentin beyninə heç bir risk olmadan uzunmüddətli yerləşdirmək olar. Bu mikroçipin əsas vəzifəsi insana əl-ayaq protezlərinin idarəsində kömək etməkdir.
Alimlərin neyron massiv adlandırdıqları bu çip pasiyentin beyni ilə onun protezi arasında əlaqə yaradaraq əlillərə yenidən ayağa qalxmağa imkan verəcək. Texnologiya hələ ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə bu kiçik çiplərin yeni tətbiq sahələri haqqında eşitməyimiz istisna deyil.
Sözügedən texnologiyalardan istifadə zamanı risk səviyyəsinin minimumadək endirilməsinə baxmayaraq, heç kəs bundan tam sığortalanmayıb. Bu çipin beyinə implantasiyası zamanı həkimlər kəllədə dəlik açmalı olacaqlar. Beyinə infeksiya düşmə və ya hətta beynin həyati əhəmiyyətli sahəsinə zərər vurmaq riski mövcuddur.
Hazırda Sinqapur alimləri pasiyentlər üçün risk səviyyəsini minimuma endirmək üçün öz texnologiyasının yekun təkmilləşdirmələri üzərində işləyirlər. Bundan sonra bir çox əlillərin düşüncənin gücü ilə öz protezlərini idarə edə biləcəkləri istisna edilmir.
Emil Hüseynov
Baxış sayı: 721
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib