12px13px15px17px
Tarix:02/04/14

“LG” şirkəti “ağıllı” ev üçün lampa təqdim edib

Hazırda smartfonun köməyi ilə idarə olunan işıq diodu lampası yenilik deyil. Lakin Cənubi Koreyanın “LG Electronics” şirkəti daima yeniliklər axtarışındadır.  Belə ki, şirkət “ağıllı” LED lampadan sonra “ağıllı” ev üçün orqanik işıq diodlarına əsaslanan masaüstü lampa nümayiş etdirib.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, məişət texnikasının istehsalı sahəsində özünə güclü biznes formalaşdırmış “LG Electronics” şirkəti həftənin əvvəlində Almaniyanın Frankfurt şəhərində keçirilmiş “Light+Building 2014” sərgisində bu qeyri-adi masaüstü lampanı təqdim edib.
 
Masaüstü lampa “iOS” və “Android” əlavələrini dəstəkləyir və onu “Bluetooth” vasitəsilə idarə etmək mümkündür. Tətbiqin köməyi ilə işıqlandırma intensivliyini, məsələn, oxumaq və ya film izləmək üçün sazlamaq olar.
 
Emil Hüseynov



Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024