Tarix:08/04/14
“Thunderbolt Networking” funksiyası hazırda kabellə “OS X Mavericks” əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki “Mac” kompüterlərini birləşdirməyə imkan verir. Lakin “Intel” gələcəkdə faylların “Windows” sistemli kompüterlərdən “OS X” sistemli kompüterlərə, eləcə də "Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlər arasında ötürülməsinin mümkün olacağını bildirir. Bu halda standart kabel və adi çıxışlardan istifadə ediləcək.
“Thunderbolt 2” məlumatların 20 Qbit/saniyə sürətində ötürülməsini təmin edir. Bu, “4K” formatında videotəsvirin yayılması üçün yetərli hesab olunur. Əvvəllər interfeysdən monitor və kənar disklərin qoşulması üçün istifadəsi nəzərdə tutulsa da, “Ethernet” texnologiyasının yeni rejimi onun potensial tətbiqi sahələrini genişləndirir.
ABŞ istehsalçısı “Thunderbolt”u dəstəkləyən periferiya qurğularının sayının artdığını qeyd edir.
“Apple Mac Pro” və “MacBook Pro” kompüterləri ilə yanaşı, "Thunderbolt 2” interfeysi hazırda “Z” seriyasından olan “Hewlett-Packard” işçi stansiyalarında dəstəklənir, - “Xaker www.xakep.ru” yazır.
“Thunderbolt 2” interfeysi təqdim olunub
“National Association of Broadcasters 2014” sərgisində “Intel” şirkəti yeni drayverlər sayəsində kompüterlər arasında məlumatların birbaşa ötürülməsini dəstəkləyən “Thunderbolt 2” interfeysini nümayiş etdirib.“Thunderbolt Networking” funksiyası hazırda kabellə “OS X Mavericks” əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki “Mac” kompüterlərini birləşdirməyə imkan verir. Lakin “Intel” gələcəkdə faylların “Windows” sistemli kompüterlərdən “OS X” sistemli kompüterlərə, eləcə də "Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlər arasında ötürülməsinin mümkün olacağını bildirir. Bu halda standart kabel və adi çıxışlardan istifadə ediləcək.
“Thunderbolt 2” məlumatların 20 Qbit/saniyə sürətində ötürülməsini təmin edir. Bu, “4K” formatında videotəsvirin yayılması üçün yetərli hesab olunur. Əvvəllər interfeysdən monitor və kənar disklərin qoşulması üçün istifadəsi nəzərdə tutulsa da, “Ethernet” texnologiyasının yeni rejimi onun potensial tətbiqi sahələrini genişləndirir.
ABŞ istehsalçısı “Thunderbolt”u dəstəkləyən periferiya qurğularının sayının artdığını qeyd edir.
“Apple Mac Pro” və “MacBook Pro” kompüterləri ilə yanaşı, "Thunderbolt 2” interfeysi hazırda “Z” seriyasından olan “Hewlett-Packard” işçi stansiyalarında dəstəklənir, - “Xaker www.xakep.ru” yazır.
Baxış sayı: 654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib