Tarix:08/04/14
Ekzoskelet insan tərəfindən işə salınan müstəqil elektromexaniki qurğudur. O, daşınan yükün həcmini, mobillik və dəqiqlik səviyyəsini xeyli artıra bilir. Ekzoskelet konsepsiyası yenilik hesab edilməsə də, məlumatların rəqəmli emalı, miniatür ötürücü və nəzarət qurğuları sahəsində ən son nailiyyətlərin tətbiqi mütəxəssislərin işini xeyli asanlaşdırmağa imkan verəcək.
Əməkdaşlıq çərçivəsində “Sagem” ekzoskeletin insan fiziologiyası və biomexanikası baxımından qiymətləndirilməsinə, “SantAnna School of Advanced Studies of Pisa” nəzarət, tətbiqi mexanika və mexatronika sahəsində tədqiqatların aparılmasına məsul olacaq. Birgə işin 2017-ci ilədək təcrübi nümunələrin hazırlanması və yığılması ilə nəticələnəcəyi gözlənilir. “Sagem” işlərin gedişində avtonom təchizetmə mənbələri, texnikanın və stabilləşdirmə texnologiyasının idarə edilməsi sahəsində məhsullarını tətbiq edəcək. Layihə “Horizon-2020” ümumavropa elmi proqramı, eləcə də “Safran” şirkətlər qrupunun vəsaitləri hesabına maliyyələşdiriləcək.
Ekzoskelet texnologiyası əksər sahələrdə - məsələn, təbii fəlakətlər şəraitində ilkin yardım və xilasetmə vasitələrinin yaradılmasında tətbiq ediləcək imkanları təmin edir. Bundan başqa, ekzoskelet hissələri əsasında protezlər müxtəlif dərəcəli ortopedik xəsarətli insanların vəziyyətinin yaxşılaşdırılması üçün tətbiq edilə bilər. Həmçinin ekzoskelet sənayedə korporativ robotlaşdırılmış sxemin hazırlanmasını sadələşdirməyə, daşınan yüklərin kütləsini artırmağa, təhlükəsizlik səviyyəsini artırmağa, bir sıra əzələ-skelet problemlərini həll etməyə imkan verəcək, - “İTAR-TASS www.itar-tass.com” yazır.
Fransa və İtaliya ekzoskelet hazırlayacaq
“Safran” şirkətlər qrupuna daxil olan “Sagem” şirkəti İtaliyanın “SantAnna School of Advanced Studies of Pisa” Universitetinin tərkibinə daxil olan “Perceptual Robotics Laboratory” laboratoriyası ilə birgə ekzoskeletin hazırlanmasına dair saziş imzalayıb.Ekzoskelet insan tərəfindən işə salınan müstəqil elektromexaniki qurğudur. O, daşınan yükün həcmini, mobillik və dəqiqlik səviyyəsini xeyli artıra bilir. Ekzoskelet konsepsiyası yenilik hesab edilməsə də, məlumatların rəqəmli emalı, miniatür ötürücü və nəzarət qurğuları sahəsində ən son nailiyyətlərin tətbiqi mütəxəssislərin işini xeyli asanlaşdırmağa imkan verəcək.
Əməkdaşlıq çərçivəsində “Sagem” ekzoskeletin insan fiziologiyası və biomexanikası baxımından qiymətləndirilməsinə, “SantAnna School of Advanced Studies of Pisa” nəzarət, tətbiqi mexanika və mexatronika sahəsində tədqiqatların aparılmasına məsul olacaq. Birgə işin 2017-ci ilədək təcrübi nümunələrin hazırlanması və yığılması ilə nəticələnəcəyi gözlənilir. “Sagem” işlərin gedişində avtonom təchizetmə mənbələri, texnikanın və stabilləşdirmə texnologiyasının idarə edilməsi sahəsində məhsullarını tətbiq edəcək. Layihə “Horizon-2020” ümumavropa elmi proqramı, eləcə də “Safran” şirkətlər qrupunun vəsaitləri hesabına maliyyələşdiriləcək.
Ekzoskelet texnologiyası əksər sahələrdə - məsələn, təbii fəlakətlər şəraitində ilkin yardım və xilasetmə vasitələrinin yaradılmasında tətbiq ediləcək imkanları təmin edir. Bundan başqa, ekzoskelet hissələri əsasında protezlər müxtəlif dərəcəli ortopedik xəsarətli insanların vəziyyətinin yaxşılaşdırılması üçün tətbiq edilə bilər. Həmçinin ekzoskelet sənayedə korporativ robotlaşdırılmış sxemin hazırlanmasını sadələşdirməyə, daşınan yüklərin kütləsini artırmağa, təhlükəsizlik səviyyəsini artırmağa, bir sıra əzələ-skelet problemlərini həll etməyə imkan verəcək, - “İTAR-TASS www.itar-tass.com” yazır.
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib