12px13px15px17px
Tarix:09/04/14

Daha sürətli və etibarlı sərt disk istehsal edilib

“Seagate” şirkətinin sərt disk xəttinə həcminə, sürətinə və etibarlılığına görə yüksək göstəricilərə malik yeni qurğu əlavə edilib. “Enterprise Capacity 3.5 HDD v4” korporativ sektorda istifadə üçün nəzərdə tutulub və 24/7 rejimində işlədilə bilər.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Seagate Enterprise Capacity 3.5 HDD v4” sərt diski 3.5 düymlük form-faktorda hazırlanıb. Diskin həcmi 6 TB-dır və 128 MB həcmində keş-buferlə təchiz edilib. Şpindelin fırlanma sürəti 7200 dövr/dəq təşkil edir. Məlumatların ötürülməsi üçün SAS (12 Qb/s) və ya SATA (6 Qb/s) interfeysləri istifadə oluna bilər. Opsiya kimi FIPS şifrlənmə funksiyası əlçatandır. İstehsalçı deyir ki, sərt disk rəqib həllərlə müqayisədə 25 faiz səviyyəsində məhsuldarlıq artımını təmin edir.

“Seagate” sərt disklərin tədarükünə başlayıb.

Emil Hüseynov



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024