Tarix:16/04/14
Yeni üsulun yaradılması "Google” və “Intel” şirkətləri tərəfindən maliyyələşdirilib. Alimlər internetdə müxtəlif yaşlı insanların çoxlu fotoşəkillərini toplayaraq onların xarici görünüşündə baş verən dəyişiklikləri təhlil ediblər. Alimlərin yaratdığı vasitələr müxtəlif işıqlandırma şəraitinin, üz cizgilərinin ifadəsi və insan duruşunun təsirlərini aradan qaldırır. Bunun nəticəsində onlar yaşla əlaqədar üzün dəyişməsi barədə dəqiq proqnoz verməyə imkan verən alqoritm tərtib ediblər. Bu sahədə nisbətən çətin məsələ azyaşlı uşağın fotoşəkli üzrə onun gələcək xarici görünüşü barədə proqnoz vermək hesab edildiyindən alimlər məhz ona daha çox diqqət yetiriblər.
Proqramın hazırkı versiyası insanın yalnız cins və yaşını nəzərə alır. Gələcəkdə mütəxəssislər etnik mənsubiyyət, qırışların yaranma xüsusiyyətləri və saçların tökülməsi kimi faktorları əlavə etməyi planlaşdırırlar. Nəticələr iyunda ABŞ-ın Kolambus şəhərində keçiriləcək “IEEE Computer Vision and Pattern Recognition” konfransında təqdim oluncaq, - “Computerworld www.osp.ru” yazır.
İnsanların yaşla əlaqədar xarici görünüşünün dəyişməsi yeni üsulla proqnozlaşdırılacaq
Vaşinqton Universitetinin alimləri tərəfindən hazırlanan proqram uşağın fotoşəkli ilə onun yaşlananda necə görünəcəyini əvvəlcədən xəbər verə bilir. Bu texnologiyadan təkcə əyləncə üçün deyil, həm də digər ciddi məqsədlər - məsələn, itkin düşən uşaqların hətta bir neçə ildən sonra axtarışı üçün istifadə etmək olar.Yeni üsulun yaradılması "Google” və “Intel” şirkətləri tərəfindən maliyyələşdirilib. Alimlər internetdə müxtəlif yaşlı insanların çoxlu fotoşəkillərini toplayaraq onların xarici görünüşündə baş verən dəyişiklikləri təhlil ediblər. Alimlərin yaratdığı vasitələr müxtəlif işıqlandırma şəraitinin, üz cizgilərinin ifadəsi və insan duruşunun təsirlərini aradan qaldırır. Bunun nəticəsində onlar yaşla əlaqədar üzün dəyişməsi barədə dəqiq proqnoz verməyə imkan verən alqoritm tərtib ediblər. Bu sahədə nisbətən çətin məsələ azyaşlı uşağın fotoşəkli üzrə onun gələcək xarici görünüşü barədə proqnoz vermək hesab edildiyindən alimlər məhz ona daha çox diqqət yetiriblər.
Proqramın hazırkı versiyası insanın yalnız cins və yaşını nəzərə alır. Gələcəkdə mütəxəssislər etnik mənsubiyyət, qırışların yaranma xüsusiyyətləri və saçların tökülməsi kimi faktorları əlavə etməyi planlaşdırırlar. Nəticələr iyunda ABŞ-ın Kolambus şəhərində keçiriləcək “IEEE Computer Vision and Pattern Recognition” konfransında təqdim oluncaq, - “Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 635
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib