12px13px15px17px
Tarix:16/04/14

Vətəndaşların NƏZƏRİNƏ!

 Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun aprel ayının 19-u saat 12:00-da Astara rayonunda (Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Astara rayonunda 225-42-42
Lerik rayonunda  274-44-90
Lənkəran rayonunda 255-33-99
Masallı rayonunda 215-30-04
Yardımlı rayonunda 206-10-55
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Mətbuat Xidməti
 
 
 
 
 
 
 
 



Baxış sayı: 1251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024