Tarix:16/04/14
“Google” korporasiyası öz qərargahında “Ara” modulyar smartfonunun komponent istehsalçıları üçün birinci konfransını keçirib. Konfransda təxminən 200 insan iştirak edib. Tədbirin aparıcısı qismində layihənin rəhbəri Pol Yeryomenko çıxış edib.
“Ara” – bu, endoskelet adlandırılan karkasdan və dəyişilən modullardan (ekran, yaddaş, batareya, kamera, ötürücü, simsiz rabitə çipi və s.) ibarət modulyar smartfondur.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, modullar istifadəçiyə öz ehtiyacına uyğun smartfon yığmağa imkan verir.
“Google” şirkəti “Ara” modulyar smartfonunun kiçik, orta və böyük ölçülü variantlarını hazırlayır. Ölçüdən asılı olaraq, endoskeletə müxtəlif sayda modullar daxil etmək mümkün olacaq. Tədbirdə “Samsung Galaxy” ölçüsündə orta ölçülü prototip nümayiş etdirilib.
“Ara” modulyar smartfonunun hazırlanması ilə ATAP innovasiya tədqiqatları bölməsi məşğul olur. Sözügedən bölmə “Motorola Mobility” şirkətinə məxsusdur. Bölməyə əvvəllər ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (DARPA) direktoru olmuş Recina Duqan rəhbərlik edir.
Emil Hüseynov
İnqilabi modulyar smartfon rəsmən təqdim edilib
“Google” şirkəti “Ara” modulyar smartfonunun prototipini nümayiş etdirib, baza komponentlərinə malik qurğunun maya dəyərini və onun bazara çıxarılma tarixini açıqlayıb.“Google” korporasiyası öz qərargahında “Ara” modulyar smartfonunun komponent istehsalçıları üçün birinci konfransını keçirib. Konfransda təxminən 200 insan iştirak edib. Tədbirin aparıcısı qismində layihənin rəhbəri Pol Yeryomenko çıxış edib.
“Ara” – bu, endoskelet adlandırılan karkasdan və dəyişilən modullardan (ekran, yaddaş, batareya, kamera, ötürücü, simsiz rabitə çipi və s.) ibarət modulyar smartfondur.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, modullar istifadəçiyə öz ehtiyacına uyğun smartfon yığmağa imkan verir.
“Google” şirkəti “Ara” modulyar smartfonunun kiçik, orta və böyük ölçülü variantlarını hazırlayır. Ölçüdən asılı olaraq, endoskeletə müxtəlif sayda modullar daxil etmək mümkün olacaq. Tədbirdə “Samsung Galaxy” ölçüsündə orta ölçülü prototip nümayiş etdirilib.
“Ara” modulyar smartfonunun hazırlanması ilə ATAP innovasiya tədqiqatları bölməsi məşğul olur. Sözügedən bölmə “Motorola Mobility” şirkətinə məxsusdur. Bölməyə əvvəllər ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (DARPA) direktoru olmuş Recina Duqan rəhbərlik edir.
Emil Hüseynov
Baxış sayı: 834
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib