12px13px15px17px
Tarix:16/04/14

Cənubi Koreya avtomatik məhv olan smartfonlar istehsal edir

Ölkə ərazisində smartfon oğurluğunun geniş yayılması ilə əlaqədar Cənubi Koreya hökuməti mobil qurğularda təhlükəsizlik tədbirlərini gücləndirib. Hələ ötən ilin avqustunda irəli sürülmüş təşəbbüsə əsasən,  yerli istehsalçılar smartfonun bütün funksiyalarının uzaq məsafədən bloklanması opsiyasını öz cihazlarına tətbiq etməli olacaqlar. Bildirilir ki, bu tədbir ölkə ərazisində smartfon oğurluğunun sayını azaltmalıdır.
 
"ICTnews" elektron xəbər xidməti "news.rambler.ru" saytına istinadən bildirir ki, 2013-cü ildə yarımadada 1,23 milyondan çox itmiş smartfon qeydə alınıb, 2012-ci ildə bu göstərici 940 min olub. Mənfi tendensiyanı düzəltmək üçün hökumət istehsalçıların qarşısına smartfonların təhlükəsizlik  sistemini gücləndirmək öhdəliyi qoyub. Söhbət "kill switch" (aparatın bütün funksiyalarının uzaq məsafədən bloklanması) opsiyasından gedir.
 
Dünyanın ən böyük mobil telefon və smartfon istehsalçısı "Samsung" şirkəti artıq müvafiq funksiyanı öz aparatına tətbiq edib.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024