12px13px15px17px
Tarix:19/04/14

“Toshiba” şirkəti dünyanın ən sürətli yaddaş kartlarını təqdim edib

"4K" formatlı ekranla təchiz edilmiş noutbukun nümayişindən sonra  Yaponiyanın "Toshiba" şirkəti "MicroSD" formatlı ən sürətli yaddaş kartlarını buraxıb. Yeni məlumat daşıyıcıları yüksəksürətli "UHS-II" standartına uyğun gələn birinci "MicroSD" kartdır.
 
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, daşıyıcılar iki variantda (32 və 64 QB) təklif edilir.
 
64 QB-lıq kartlarda oxuma sürəti 260 Mb/s, yazma sürəti isə 240 Mb/s təşkil edir. 32 QB-lıqkartlara gəlincə, onların maksimal oxuma sürəti 145 Mb/s, yazma sürəti isə 130 Mb/s-dir.
 
"Toshiba" şirkətinin yeni yüksəksürətli yaddaş kartlarının çıxarılma müddəti və qiyməti haqqında məlumat yoxdur.
 
Emil Hüseynov



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024