Tarix:24/04/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanı bu tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbərinin müavini, professor İlham Mərdanovun müşayiəti ilə nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinin tərkibinə daxil olan "TASİM" layihəsinin rəhbəri Zaur Həsənov konfransda nazir Əli Abbasovun konfrans iştirakçılarına müraciətini səsləndirəcək və "TASİM" layihəsinin məqsədləri ilə bağlı təqdimatla çıxış edəcək.
Tədbir Xəzər, Qara Dəniz, MDB ölkələri və Türkiyənin telekommunikasiya sahəsi üçün böyük əhəmiyyət kəsb edir.
Konfrans çərçivəsində bu il regionun telekommunikasiya və informasiya texnologiyaları sahəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, inteqrasiya prosesləri, investisiya mühiti müzakirə ediləcək.
Stasionar və mobil rabitə xidmətləri bazarlarının ən son inkişaf tendensiyaları, İKT sahəsində mühüm tendensiyalar, "М2М", "4G", "5G", "Big date", "Bundle package services", Kibertəhlükəsizlik, IPTV texnologiyaları sahəsində yeniliklər, MDB və Xəzər ölkələri regionunda İP-tranzit xidmətlərinin inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Aynur Vəliyeva
“Caspian Telecoms 2014” beynəlxalq konfransı işə başlayıb
Bu gün İstanbulda 13-cü Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransı "Caspian Telecoms-2014" işə başlayıb."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanı bu tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbərinin müavini, professor İlham Mərdanovun müşayiəti ilə nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinin tərkibinə daxil olan "TASİM" layihəsinin rəhbəri Zaur Həsənov konfransda nazir Əli Abbasovun konfrans iştirakçılarına müraciətini səsləndirəcək və "TASİM" layihəsinin məqsədləri ilə bağlı təqdimatla çıxış edəcək.
Tədbir Xəzər, Qara Dəniz, MDB ölkələri və Türkiyənin telekommunikasiya sahəsi üçün böyük əhəmiyyət kəsb edir.
Konfrans çərçivəsində bu il regionun telekommunikasiya və informasiya texnologiyaları sahəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, inteqrasiya prosesləri, investisiya mühiti müzakirə ediləcək.
Stasionar və mobil rabitə xidmətləri bazarlarının ən son inkişaf tendensiyaları, İKT sahəsində mühüm tendensiyalar, "М2М", "4G", "5G", "Big date", "Bundle package services", Kibertəhlükəsizlik, IPTV texnologiyaları sahəsində yeniliklər, MDB və Xəzər ölkələri regionunda İP-tranzit xidmətlərinin inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Aynur Vəliyeva
Baxış sayı: 1458
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir