12px13px15px17px
Tarix:24/04/14

5000 dollar məbləğində planşet nümayiş etdirilib

“Xplore Technologies” şirkətinin nümayiş etdirdiyi “Xplore XC6” planşeti yüksək təhlükəsizlik dərəcəsinə malikdir. İstehsalçı əmin edir ki, qurğu 120 sm hündürlükdən beton üzərinə düşdükdə sınmır, bir metr dərinlikli suyun altında 30 dəqiqə qala bilir, toz və çirkə qarşı davamlıdır və -37-dən müsbət 60 dərəcə selsiyədək temperaturda işləyir. Planşetin qalınlığı 40,7 mm, çəkisi 2,4 kq-dır.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Xplore XC6” planşeti 1024x768 piksel təsvir ölçülü 10,4 düymlük ekran, 2,9 QHs takt tezlikli ikinüvəli “Intel Core i5-4300U” prosessoru, 4-16 QB həcmli əməli yaddaş və 128/256 QB həcmində SSD daşıyıcı ilə təchiz edilib. Həmçinin 5 meqapiksellik əsas kamera və HD təsvir ölçülü ön kamera, avtonom iş vaxtı 8.5 saata malik naməlum tutumda akkumulyator, GPS ötürücüyə malik simsiz rabitə modulları dəsti mövcuddur.
 
Minimal konfiqurasiyalı “Xplore XC6” planşetinin qiyməti 5299 dollardan başlayır.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024