12px13px15px17px
Tarix:03/05/14

185 TB məlumat yazıla bilən maqnit lent hazırlanıb

Sərt disklərin mövcudluğu dövründə məlumatların maqnit lentlərinə yazılması texnologiyası son dərəcə köhnəlmiş görsənir. Bununla belə indiyədək belə daşıyıcıların həcminin artırılması üzrə işlər aparılır və bir çox böyük İT şirkətləri məlumatların saxlanılması üçün maqnit lentlərindən istifadə edir.

Belə ki, LTO-6 standartı təxminən 2,5 TB həcmində məlumatın nazik plyonkaya yazılması imkanını nəzərdə tutur. Bu günlərdə "Sony" şirkəti bu sahədə böyük texnoloji sıçrayış haqqında bəyan edib: indi müvafiq ölçülü daşıyıcısına 74 dəfə daha çox - yəni təxminən 185 TB məlumat yazmaq olar.
 
"ICTnews" elektron xəbər xidməti "aspekty.net" saytına istinadən bildirir ki, bu həll mayın əvvəlində Almaniyada "Intermag Europe 2014" sərgisində rəsmi nümayiş etdiriləcək.
 
Böyük həcmli məlumatların saxlanılması ilə məşğul olan istənilən internet şirkəti yaxın gələcəkdə yeni həll əsasında məhsullardan istifadədə olduqca maraqlı olacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 1108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024