Tarix:08/05/14
Radio tərtibatçıları Piter Berk və Kris Ruterqlenin sözlərinə görə, qurğunun yaradılmasında ən böyük çətinlik radiosistemə mikroskopik detektorun tətbiqi olub.
Mikro-radioqəbuledici radiosiqnalları bir neçə metr məsafədən qəbul edir. Keçirilən sınaqlarda Kaliforniya alimləri musiqini adi “iPod” pleyerindən radioqəbulediciyə simsiz kanal vasitəsilə translyasiya ediblər.
“Hazırda bizim qurğuda radioqəbuledicinin işinin tərkib hissəsi olan iki vacib aparat var, lakin yaxın vaxtlarda biz nanoölçülərə malik tam funksional qurğu yaratmaq niyyətindəyik”, - tərtibatçılar deyib.
Ekspertlər qeyd edirlər ki, bu gün əksər şirkətlər karbon nanoborularda olan potensialla maraqlanır. Mütəxəssislər güman edirlər ki, onların bazasında çoxlu mikroskopik radiocihazlar, eləcə də bioloji, fiziki və kimyəvi ötürücülər yaratmaq mümkündür, - "Cybersecurity www.cybersecurity.ru” yazır.
ABŞ-da dünyanın ən kiçik radioqəbuledicisi yaradılıb
ABŞ-da dünyanın ən kiçik radioqəbuledicisi yaradılıb. Qurğunun qalınlığı insan saçından min dəfə nazik olsa da, radiodalğaları səsli dalğalara çevirə bilir. Kaliforniya Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan radioqəbuledici hər birinin diametri cəmi bir neçə atomdan ibarət karbon nanoborulardan yaradılıb.Radio tərtibatçıları Piter Berk və Kris Ruterqlenin sözlərinə görə, qurğunun yaradılmasında ən böyük çətinlik radiosistemə mikroskopik detektorun tətbiqi olub.
Mikro-radioqəbuledici radiosiqnalları bir neçə metr məsafədən qəbul edir. Keçirilən sınaqlarda Kaliforniya alimləri musiqini adi “iPod” pleyerindən radioqəbulediciyə simsiz kanal vasitəsilə translyasiya ediblər.
“Hazırda bizim qurğuda radioqəbuledicinin işinin tərkib hissəsi olan iki vacib aparat var, lakin yaxın vaxtlarda biz nanoölçülərə malik tam funksional qurğu yaratmaq niyyətindəyik”, - tərtibatçılar deyib.
Ekspertlər qeyd edirlər ki, bu gün əksər şirkətlər karbon nanoborularda olan potensialla maraqlanır. Mütəxəssislər güman edirlər ki, onların bazasında çoxlu mikroskopik radiocihazlar, eləcə də bioloji, fiziki və kimyəvi ötürücülər yaratmaq mümkündür, - "Cybersecurity www.cybersecurity.ru” yazır.
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib