12px13px15px17px
Tarix:12/05/14

Braziliyada futbol üzrə Dünya çempionatında ilk dəfə ekzoskeletlər meydana çıxacaq (FOTOLAR)

Cari il iyunun 12-də Braziliyanın San-Paulo şəhərinin "Arena Corinthians" stadionunda eyni anda iki tarixi hadisə baş verəcək: birincisi, futbol üzrə Dünya çempionatının açılışı, ikincisi, gələcəkdə milyonlarla insanın həyatını dəyişdirəcək qabaqcıl texnologiyaların nümayişi.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, futbol üzrə Dünya çempionatının açılış mərasimində beyin impulslarının köməyi ilə idarə olunan ekzoskeletlər nümayiş etdiriləcək. Bütün hadisələr plan üzrə davam etsə, o zaman robot kostyumlar geymiş insanlar  iki milyard insanın gözü qabağında hərəkət edəcək.

 
Ekzoskeletlər "Walk Again Project" layihəsi çərçivəsində beynəlxalq alimlər qrupu tərəfindən hazırlanıb. 10 il bundan əvvəl braziliyalı nevroloq-alim Miqel Nikoelis tərəfindən ilk dəfə bu layihə üzərində işlərə başlanılıb. O, 2003-cü ildə nümayiş etdirib ki, meymunlar beyin siqnallarının köməyi ilə virtual əllərini hərəkət etdirə və onun köməyi ilə sadə hərəkətləri icra edə bilərlər. Ötən ilin noyabrından isə alim 8 əlildən ibarət qrupla işləyir.

Təşkilatçıların fikrinə əsasən, Dünya çempionatının açılışında tamamilə iflic olmuş insan ekzoskelet geyinməlidir və bu, ona stadionda sərbəst hərəkət edərək topa zərbə vurmağa imkan verəcək. Həmin insanlar qrupu futbol meydançasına əlil oturacaqlarında meydana çıxacaq, sonra ayağa qalxaraq ekzoskeletlərin köməyi ilə hərəkət edəcəklər. Açılış mərasimi ilə bağlı dəqiq təfərrüatlar hələ ki bilinmir, belə ki, Nikoelis deyir ki, proqramın ona aid hissəsi və ekzoskeletlər hələ ki işləmə tələb edir.


 
























Nevroloq bildirib ki, 25-35 yaş kateqoriyasında əlillər qrupunu məşq etdirir. Onların hər biri beynin aktivliyini qeydə alan və ona xüsusi şəkildə reaksiya verən xüsusi simulyatorun köməyi ilə işləyirlər. "Ümid edirəm, bir neçə gündən sonra ən azı pasiyentlərin 50%-i ayağa qalxaraq hərəkət edəcək, tezliklə isə futbol oynayacaqlar" – alim deyib.

Birinci mərhələdə tədqiqatçılar ekzoskeletə sadə əmrləri öyrətmək istəyirlər. Məsələn, addım və ya "ələ" götürülmüş predmetin hislərini ötürmək kimi. Həmçinin insan hislərini tam ötürmək üçün temperatur və vibrasiya datçikləri əlçatandır. "Ekzoskelet hərəkətə başladıqda, "ayaqlar" yerə toxunduqda bu siqnal pasiyentin əlində yerləşdirilmiş  xüsusi vibrasiyalı mexanizmə ötürülür. Bu, qeyri-adi hiss yaradır" – Nikoelis deyib.



Braziliyalı alim tərəfindən yaradılmış ekzoskeletlərdə qabaqcıl texnologiyalardan istifadə olunub: 3D printerdə çap edilmiş plastik "oynaqlar", real vaxt rejimində xüsusi proqram təminatı ilə işləyən mobil kompüter, həmçinin insan beyninə "qulaq asan" həddən artıq həssas baş ötürücüləri şəbəkəsidir.

Emil Hüseynov



Baxış sayı: 1202

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024