12px13px15px17px
Tarix:12/05/14

“Sony” şirkəti “Xperia ZL2” smartfonunu nümayiş etdirib

“Sony” şirkəti Yaponiyada toz və suya davamlı “Xperia ZL2” smartfonunu nümayiş etdirib. Smartfonun ekranı “Sony Mobile BRAVIA Engine 2” və “X-Reality” texnologiyaları ilə təchiz edilmiş 5 düymlük “Full HD” təsvir ölçüsünə malikdir.
 
“ICTnews" elektron xəbər xidməti “gagadget.com” saytına istinadən bildirir ki, aparat 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801 MSM8974AB” prosessoru, 3 QB əməli yaddaş, 32 QB tutumunda daimi yaddaşla təchiz edilib. “Wi-Fi 802.11 ac”, “Bluetooth 4.0” və “NFC” modulları var. Əsas kameranın təsvir ölçüsü 20.7 meqapiksel təşkil edir və 4K formatında video çəkə bilir.
 

 
Aparatın ölçüsü 137x72x10.8 mm, çəkisi 167 qramdır. Akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir. Smartfon “Android 4.4 KitKat” platforması ilə işləyir.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024