12px13px15px17px
Tarix:20/08/11

“Samsung”dan yeni smartfon

“Samsung” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən “Galaxy Q” smartfonunu təqdim edib. Yenilik irəli və geri çəkilən “QWERTY” klaviatura ilə təchiz edilib və hələ ki yalnız Kanadada, “Rogers” yerli operatorunun satış məntəqələrində istehlakçılara təqdim olunur.

Modelin müqaviləsiz qiyməti 250 dollar təşkil edir. “Samsung Galaxy Q” smartfonu 320x480 piksel kəskinlikli 3,2 düym ekranla, 3 meqapiksel kamera, 100 MB daxili yaddaş, “microSD” slotu, “Bluetooth”, “Wi-Fi” və “GPS” modulları ilə təchiz olunub.

Smartfonun ölçüləri 114x59x13,9 millimetr, çəkisi isə 135 qramdır. Yenilik “Android 2.2” əməliyyat sistemi ilə işləyir. “Galaxy Q” smartfonunun avtonom iş vaxtı danışıq rejimində 3 saata və gözləmə rejimində isə 13 günə bərabərdir.



Baxış sayı: 1863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024