Tarix:20/05/14
Körfəz ölkələrinin İKT sahəsində fəaliyyət göstərən dövlət rəsmiləri, o cümlədən beynəlxalq təşkilat və elmi tədqiqat təsisatları nümayəndələrinin qatıldığı konfrans e-hökumət, e-xidmətlər və digər müasir İKT həllərinin mübadiləsi, mövcud təcrübənin bölüşdürülməsi, əməkdaşlıqda yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.
Açılış mərasiminə əsas məruzəçi kimi dəvət olunmuş nazir Əli Abbasov regionda və Azərbaycanda son illər İKT sahəsində aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb. Əsasən regional layihələrə toxunan nazir ölkəmizin bu gün böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə növbəti dəfə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) üzrə koordinator olduğunu vurğulayaraq, KƏŞ-ə üzv dövlətlərin bu layihələrdə iştirakının mümkün, eyni zamanda faydalı olacağını diqqətə çatdırıb. Avrasiya və qonşu regionda İKT-nin vəziyyəti və problemlərini diqqətə çatdıran nazir geniş regionun gələcək inkişafı üçün "EuraCA"-nın proqramını açıqlayıb.
Konfransda "EuraCA"-ya Körfəz Əməkdaşlıq Şurası ölkələrinin cəlb olunması qərara alınıb.
Səfər çərçivəsində, həmçinin nazir Əli Abbasov iştirakçı ölkələrin dövlət rəsmiləri, o cümlədən aparıcı İKT korporasiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin “EuraCA”-ya cəlb olunması qərara alınıb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 20-ci konfransında iştirak edib.Körfəz ölkələrinin İKT sahəsində fəaliyyət göstərən dövlət rəsmiləri, o cümlədən beynəlxalq təşkilat və elmi tədqiqat təsisatları nümayəndələrinin qatıldığı konfrans e-hökumət, e-xidmətlər və digər müasir İKT həllərinin mübadiləsi, mövcud təcrübənin bölüşdürülməsi, əməkdaşlıqda yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.
Açılış mərasiminə əsas məruzəçi kimi dəvət olunmuş nazir Əli Abbasov regionda və Azərbaycanda son illər İKT sahəsində aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb. Əsasən regional layihələrə toxunan nazir ölkəmizin bu gün böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə növbəti dəfə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) üzrə koordinator olduğunu vurğulayaraq, KƏŞ-ə üzv dövlətlərin bu layihələrdə iştirakının mümkün, eyni zamanda faydalı olacağını diqqətə çatdırıb. Avrasiya və qonşu regionda İKT-nin vəziyyəti və problemlərini diqqətə çatdıran nazir geniş regionun gələcək inkişafı üçün "EuraCA"-nın proqramını açıqlayıb.
Konfransda "EuraCA"-ya Körfəz Əməkdaşlıq Şurası ölkələrinin cəlb olunması qərara alınıb.
Səfər çərçivəsində, həmçinin nazir Əli Abbasov iştirakçı ölkələrin dövlət rəsmiləri, o cümlədən aparıcı İKT korporasiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Baxış sayı: 1159
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir