Tarix:23/05/14
Reaktor maqnit sahəsi yaradaraq plazma ilə temperaturu 100 milyon dərəcə selsidə saxlayan və ümumi çəkisi 725 ton təşkil edən 70 yüksək keçirici çarxdan ibarətdir. Alimlər artıq 2015-ci ilədək sınaqlara başlamağı planlaşdırırlar. Fiziklər qurğuda plazmanı 30 dəqiqə ərzində saxlamaq niyyətindədirlər.
Hazırda dünyada iki perspektivli (tokomak və stellarator) termonüvə reaktor layihəsi mövcuddur. Hər iki qurğuda plazma maqnit sahəsi ilə saxlanılır, lakin tokomakda plazma cərəyanın ötürüldüyü toroidal naqil formasına malikdir, halbuki stellaratorda maqnit sahəsi kənar çarxlarla yönəldilir. Termonüvə reaktorlarda ağır nüvələrin daha yüngül nüvələrə parçalanması prosesinin yer aldığı adi reaktorlardan fərqli olaraq ağır elementlərin yüngül elementlərlə (məsələn, helium hidrogen izotoplarından deyterium və tritium) sintez reaksiyası baş verir, - "Lenta www.lenta.ru” yazır.
Almaniyada inşa olunan qurğu beynəlxalq sınaq termonüvə reaktoru layihəsinin (International Thermonuclear Experimental Reactor – ITER) rəqibi hesab edilir. Fransanın cənubunda Marsel şəhərinin 60 kilometrliyində inşa edilən “ITER” tokomakı dünyanın ən nəhəng termonüvə reaktoru olacaq.
Almaniyada nəhəng termonüvə reaktoru istifadəyə verilib
Almaniyanın Qrayfsvald şəhərində dünyanın ən böyük “Wendelstein 7-X” stellaratorunun (idarə olunan termonüvə sintezinin həyata keçirilməsi üçün reaktor) tikintisi başa çatıb. Bir milyard avrodan çox vəsaitin xərcləndiyi sınaq obyektin tikintisinə 2005-ci ildə başlanılıb.Reaktor maqnit sahəsi yaradaraq plazma ilə temperaturu 100 milyon dərəcə selsidə saxlayan və ümumi çəkisi 725 ton təşkil edən 70 yüksək keçirici çarxdan ibarətdir. Alimlər artıq 2015-ci ilədək sınaqlara başlamağı planlaşdırırlar. Fiziklər qurğuda plazmanı 30 dəqiqə ərzində saxlamaq niyyətindədirlər.
Hazırda dünyada iki perspektivli (tokomak və stellarator) termonüvə reaktor layihəsi mövcuddur. Hər iki qurğuda plazma maqnit sahəsi ilə saxlanılır, lakin tokomakda plazma cərəyanın ötürüldüyü toroidal naqil formasına malikdir, halbuki stellaratorda maqnit sahəsi kənar çarxlarla yönəldilir. Termonüvə reaktorlarda ağır nüvələrin daha yüngül nüvələrə parçalanması prosesinin yer aldığı adi reaktorlardan fərqli olaraq ağır elementlərin yüngül elementlərlə (məsələn, helium hidrogen izotoplarından deyterium və tritium) sintez reaksiyası baş verir, - "Lenta www.lenta.ru” yazır.
Almaniyada inşa olunan qurğu beynəlxalq sınaq termonüvə reaktoru layihəsinin (International Thermonuclear Experimental Reactor – ITER) rəqibi hesab edilir. Fransanın cənubunda Marsel şəhərinin 60 kilometrliyində inşa edilən “ITER” tokomakı dünyanın ən nəhəng termonüvə reaktoru olacaq.
Baxış sayı: 740
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib