Tarix:26/05/14
Sorğunun nəticələrindən məlum olub ki, respondentlərin üçdə ikisi qarşıdakı 100 ildə elm tərəfindən insanı istənilən xəstəlikdən xilas edəcək “universal həb”in yaradılması arzusundadır. İştirakçıların 20 faizi tibdə mühüm nailiyyətlərin əldə olunması naminə kompüter, televizor və qulaqcıqlardan imtina etməyə razı olduğunu bildirib. Digər bir qisim isə qurğulardan imtina etməyə hazır olmadığını, lakin saç tökülməsinin, dazlaşmanın əleyhinə effektiv vasitələrin yaradılacağına ümid etdiklərini qeyd ediblər.
Respondentlərin cəmi 2 faizi evlərində köməkçi-robotların xidmətindən istifadə etmək istədiklərini bildiriblər. İştirakçıların bəziləri isə insanı müxtəlif dövrlərə apara biləcək “zaman maşını”nın yaradılmasını arzulayırlar. Arzu edilən innovasiyalar sırasında avtopilotla təchiz edilmiş maşınlar da yer alıb. Belə aparatların hazırlanma mərhələsində olmasını və artıq küçələrdə şütüməsini nəzərə alsaq, o zaman bu “sifariş”in digərlərindən daha asan yerinə yetiriləcəyini demək mümkündür.
Sorğu iştirakçılarından, həmçinin ötən əsrdə yaradılmış hansı ixtiraların daha mühüm olduğunu söyləmək də xahiş edilib. Birinci yerdə gözlənildiyi kimi internetin, ikinci yerdə isə laparoskopiyanın (müasir cərrahiyyə üsuludur, əməliyyat daxili orqanlarda kiçik dəlik vasitəsilə aparılır) adı çəkilib. Respondentlərin 33 faizi elektrik kardiostimulyatorunu vacib ixtira adlandırıb. Beşliyə smartfon və televiziya da daxil olub.
Müşahidəçilər sorğunun nəticələrini maraqla qarşılayaraq qeyd ediblər ki, hər iki halda iştirakçılar öz seçimlərini sağlamlıqla əlaqəli olan ixtira və texnologiyaların üzərində saxlayıblar. Bu ciddi tələbat həyat səviyyəsinin artırılması, ətraf mühitdəki dəyişikliklər və insanların öz sağlamlığına ayırdığı diqqət artımı ilə izah olunur, - “NEWSru.com www.newsru.com” yazır.
Böyük Britaniyada qarşıdakı 100 ildə ən arzu edilən ixtiraların adı açıqlanıb
“Philips” şirkəti Böyük Britaniyada orta statistik əhalinin böyük səbirsizliklə gözlədiyi ixtiraları müəyyən etmək üçün min nəfərin fikrini tədqiq edərək sorğu keçirib.Sorğunun nəticələrindən məlum olub ki, respondentlərin üçdə ikisi qarşıdakı 100 ildə elm tərəfindən insanı istənilən xəstəlikdən xilas edəcək “universal həb”in yaradılması arzusundadır. İştirakçıların 20 faizi tibdə mühüm nailiyyətlərin əldə olunması naminə kompüter, televizor və qulaqcıqlardan imtina etməyə razı olduğunu bildirib. Digər bir qisim isə qurğulardan imtina etməyə hazır olmadığını, lakin saç tökülməsinin, dazlaşmanın əleyhinə effektiv vasitələrin yaradılacağına ümid etdiklərini qeyd ediblər.
Respondentlərin cəmi 2 faizi evlərində köməkçi-robotların xidmətindən istifadə etmək istədiklərini bildiriblər. İştirakçıların bəziləri isə insanı müxtəlif dövrlərə apara biləcək “zaman maşını”nın yaradılmasını arzulayırlar. Arzu edilən innovasiyalar sırasında avtopilotla təchiz edilmiş maşınlar da yer alıb. Belə aparatların hazırlanma mərhələsində olmasını və artıq küçələrdə şütüməsini nəzərə alsaq, o zaman bu “sifariş”in digərlərindən daha asan yerinə yetiriləcəyini demək mümkündür.
Sorğu iştirakçılarından, həmçinin ötən əsrdə yaradılmış hansı ixtiraların daha mühüm olduğunu söyləmək də xahiş edilib. Birinci yerdə gözlənildiyi kimi internetin, ikinci yerdə isə laparoskopiyanın (müasir cərrahiyyə üsuludur, əməliyyat daxili orqanlarda kiçik dəlik vasitəsilə aparılır) adı çəkilib. Respondentlərin 33 faizi elektrik kardiostimulyatorunu vacib ixtira adlandırıb. Beşliyə smartfon və televiziya da daxil olub.
Müşahidəçilər sorğunun nəticələrini maraqla qarşılayaraq qeyd ediblər ki, hər iki halda iştirakçılar öz seçimlərini sağlamlıqla əlaqəli olan ixtira və texnologiyaların üzərində saxlayıblar. Bu ciddi tələbat həyat səviyyəsinin artırılması, ətraf mühitdəki dəyişikliklər və insanların öz sağlamlığına ayırdığı diqqət artımı ilə izah olunur, - “NEWSru.com www.newsru.com” yazır.
Baxış sayı: 914
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib