Tarix:31/05/14
Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə və informasiya texnologiyaları sahəsi üzrə tənzimləyici qurum rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
28 ölkədən 300 nəfərə yaxın yüksəksəviyyəli nümayəndənin iştirak etdiyi “Yeni texnologiyalar və yeniliklərin tənzimləməyə təsiri” mövzusunda keçirilən konfrans telekommunikasiyanın tənzimlənməsi sahəsində bilik və təcrübələrin, həmçinin ölkələr arası rabitə məsələlərinin müzakirə və mübadiləsi məqsədi daşıyıb.
Konfransın açılış mərasimində nazir Əli Abbasov məruzə ilə çıxış edib. Nazir öz çıxışında Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlardan, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb.
Ölkəmiz və bütünlükdə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə toxunan nazir BMT-nin Baş Assambleyasının müvafiq qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) barədə geniş məlumat verərək, bir çox dövlətlərin bu layihələrdə iştirakının faydalı olacağını diqqətə çatdırıb.
Konfrans çərçivəsində nazir Türkiyənin nəqliyyat, rabitə və dənizçilik naziri Lütfi Əlvan, Əfqanıstanın rabitə naziri Əmirzai Sangin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Bürosunun rəhbəri Bahia Sono və digər rəsmi şəxslər və şirkət rəhbərliklərinin təmsilçilərilə ikitərəfli görüşlər keçirib.
Türkiyəli nazirlə keçirilən geniştərkibli görüşdə Azərbaycanla Türkiyə arasında yüksək texnologiyalar, kosmik sənaye və poçt sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, eyni zamanda, cari ilin 2-5 dekabr tarixlərində Bakıda təşkil olunacaq ənənəvi “Bakutel” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında daha çox türk şirkətlərinin öz məhsul və xidmətlərini təqdim etməsi ilə yanaşı, “Azərbaycan-Türkiyə Birinci Yüksək Texnologiyalar Forumu”nun da keçirilməsi qərara alınıb.
Nazir IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransında iştirak edib
Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı, Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin dəstəyi ilə cari ilin 29-30 may tarixlərində İstanbulda IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçirilib.Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə və informasiya texnologiyaları sahəsi üzrə tənzimləyici qurum rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
28 ölkədən 300 nəfərə yaxın yüksəksəviyyəli nümayəndənin iştirak etdiyi “Yeni texnologiyalar və yeniliklərin tənzimləməyə təsiri” mövzusunda keçirilən konfrans telekommunikasiyanın tənzimlənməsi sahəsində bilik və təcrübələrin, həmçinin ölkələr arası rabitə məsələlərinin müzakirə və mübadiləsi məqsədi daşıyıb.
Konfransın açılış mərasimində nazir Əli Abbasov məruzə ilə çıxış edib. Nazir öz çıxışında Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlardan, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb.
Ölkəmiz və bütünlükdə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə toxunan nazir BMT-nin Baş Assambleyasının müvafiq qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) barədə geniş məlumat verərək, bir çox dövlətlərin bu layihələrdə iştirakının faydalı olacağını diqqətə çatdırıb.
Konfrans çərçivəsində nazir Türkiyənin nəqliyyat, rabitə və dənizçilik naziri Lütfi Əlvan, Əfqanıstanın rabitə naziri Əmirzai Sangin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Bürosunun rəhbəri Bahia Sono və digər rəsmi şəxslər və şirkət rəhbərliklərinin təmsilçilərilə ikitərəfli görüşlər keçirib.
Türkiyəli nazirlə keçirilən geniştərkibli görüşdə Azərbaycanla Türkiyə arasında yüksək texnologiyalar, kosmik sənaye və poçt sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, eyni zamanda, cari ilin 2-5 dekabr tarixlərində Bakıda təşkil olunacaq ənənəvi “Bakutel” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında daha çox türk şirkətlərinin öz məhsul və xidmətlərini təqdim etməsi ilə yanaşı, “Azərbaycan-Türkiyə Birinci Yüksək Texnologiyalar Forumu”nun da keçirilməsi qərara alınıb.
Baxış sayı: 1155
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir