12px13px15px17px
Tarix:02/06/14

“Solar Impulse 2” təyyarəsi ilk uçuşunu başa vurub

İsveçrənin günəş batareyası ilə işləyən “Solar Impulse 2” təyyarəsi ilk uçuşunu həyata keçirib. Bu haqda layihənin saytında yazı çıxıb.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, uçuş aparatının qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir və çəkisi təxminən 2,3 tondur.

Təyyarənin ölçüləri “Airbus A380” ən böyük sərnişin daşıyıcısı ilə müqayisə oluna bilər. Karbon lifindən ibarət konstruksiya hesabına aparatın çəkisi azdır. Təyyarənin xeyli hissəsini təxminən 17 min fotoelement əhatə edir ki, litium-ion batareyaları ilə birgə aparatın mühərrikinin işini təmin edir.
Təyyarənin sürəti saatda 140 km-ə bərabərdir, aparat 12 min kilometr hündürlükdə uça bilir.

Emil Hüseynov
 
 



Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024