12px13px15px17px
Tarix:02/06/14

“HP” şirkəti yeni noutbukunu nümayiş etdirib

“Hewlett-Packard” şirkəti iki noutbuk nümayiş etdirib: “Samsung” prosessoru ilə təchiz edilmiş 11,6 düymlük “Chromebook PC” xrombuku, həmçinin “Android” platforması ilə işləyən 14 düymlük “Slatebook” modeli.

“Android”-noutbuk "smartfon" içliyinə malikdir: “NVIDIA Tegra 4” çipi, 2 QB əməli yaddaş və 16-64 QB tutumlu fləş-daşıyıcı ilə təchiz edilib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, eyni zamanda “Slatebook PC” sırf noutbukdur. Aparat klaviatura, “BeatsAudio” dinamikləri, “HDMI” portu, USB 3.0 və iki ədəd USB 2.0 portları, mikrofonun qoşulması üçün çıxış, veb-kamera, “Wi-Fi/Bluetooth”, həmçinin “microSD” yaddaş kartları üçün riderlə təchiz olunub. 14 düymlük sensor ekranın təsvir ölçüsü Full HD-dir, korpusun qalınlığı 16 mm təşkil edir. “Slatebook PC” noutbukunun qalınlığı 1,7 kq-dır.
 
Aparat 9 avtonom iş vaxtına malikdir. Avqustun 6-dan etibarən aparat 399 dollar qiymətinə sifariş edilə bilər.
 
Emil Hüseynov
 



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024