12px13px15px17px
Tarix:03/06/14

RYTN , SOCAR və AMEA-nın birgə texnoparklarda kütləvi şəkildə yeni qurğular hazırlaması təklif edilib

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov AMEA İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda olub.
 
 İnstitutun direktoru, akademik Telman Əliyev institutda yerinə yetirilən elmi tədqiqat işləri, institut əməkdaşlarının əldə etdikləri nailiyyətlər, patentlər, çap etdirdikləri monoqrafiyalar, xaricdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələr, institutun təklif etdiyi layihələr, hazırlanmış cihazlar, qurğular və başqa materiallar haqqında ətraflı məlumat verib.




 

Eyni zamanda, institutda yaradılmış Anomal Seysmik Proseslərin monitorinqi üçün "Robust Noise Monitoring" stansiyaları şəbəkəsinin (RNM ASP) işi ilə, Qum adasında, Şirvan, Siyəzən, Neftçala, Naftalan, Naxçıvan, Qazax rayonlarında, Türkmənistan Respublikasının ərazisində, İdarəetmə Sistemləri İnstitutunun sığınacaq yerində 5 m dərinlikdə yerləşdirilmiş quyu və bu stansiyalardan qəbul olunan anomal seysmik proseslərin siqnallarının qəbulu və emal edilməsi prosesi barədə geniş məlumat təqdim edilib.
 



 Bildirilib ki, institutda yaradılan "Dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən yeni nəsil "robast noise" monitorinq sisteminin eksperimental variantı hazırlanıb və Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 35 neftçıxarma obyektində tətbiq edilib.
 
"Sistem elektrik enerjisinə 50%-dən çox qənaət etməyə, neftçıxarma avadanlığının təmirarası vaxtını xeyli artırmağa və rentabelliyi 2 dəfədən çox yaxşılaşdırmağa imkan verir. "Azneft" birliyindən sistemin səmərəliyini təsdiq edən akt alınıb və onun istehsalı və başqa neftçıxarma idarələrində tətbiqi məqsədəuyğun hesab edilib"– deyə institut direktoru qeyd edib.
 
Nazir Anomal Seysmik Proseslərin monitorinqi üçün "Robust Noise Monitoring" stansiyaları şəbəkəsinin (RNM ASP) böyük əhəmiyyət kəsb etdiyini, institutda təklif edilən nəzəriyyələrin və texnologiyaların dünya miqyasında qəbul edildiyini və qlobal məsələlərə həsr olunduğunu, bu işlərin geniş miqyasda tətbiq edilməsi üçün innovativ sahibkarlığın və elmin kommersiyalaşdırılmasının vacib olduğunu qeyd etdi, RYTN – SOCAR -  AMEA arasında birgə əsaslandırılmış layihələrin tərtib edilməsini və bu layihə üzrə qurğuların texnoparklarda kütləvi şəkildə hazırlanması təklifini irəli sürdü.



Baxış sayı: 1517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024