Tarix:11/06/14
Qurğunun ekranı üzvi işıq diodlarından (OLED) və işıq filtrlərindən hazırlanıb.
Displeyin təsvir ölçüsü 7680х4320 piksel təşkil edir ki, bu da Full HD (1920х1080 piksel) formatlı panellərin təsvir ölçüsündən 16 dəfə çoxdur. “8K” displey prototipinin bir düym üçün piksellərinin sayı “664 ppi” təşkil edir. Müqayisə üçün qeyd edək ki, 13,3 düymlü “MacBook Pro” noutbukunun “Retina” displeyinin təsvir ölçüsü 2560x1600 pikselə və 227-yə bərabər “ppi” göstəricilərinə malikdir.
“CAAC-OS” (C-Axis Aligned Crystalline Oxide Semiconductor) texnologiyasından istifadə olunmaqla istehsal edilən displey prototipində işıq diodları beş tranzistor və bir kondensatorla idarə olunur.
Perspektivdə “8K” formatlı 13,3 düymlü displey "high-end” sinfindən olan portativ kompüterlərdə tətbiq edilə bilər. İstehsalçı panellərin kütləvi buraxılışına nə vaxt başlayacağı barədə məlumat vermir, - "3DNews www.3dnews.ru” yazır.
“8K” formatlı “OLED” displey yaradılıb
“Semiconductor Energy Laboratory” (SEL) laboratoriyası, “Advanced Film Device” (AFD) və “Sharp” şirkətləri “8K” formatlı yüksək təsvir ölçüsünə malik 13,3 düymlü displeyin prototipini nümayiş etdirib.Qurğunun ekranı üzvi işıq diodlarından (OLED) və işıq filtrlərindən hazırlanıb.
Displeyin təsvir ölçüsü 7680х4320 piksel təşkil edir ki, bu da Full HD (1920х1080 piksel) formatlı panellərin təsvir ölçüsündən 16 dəfə çoxdur. “8K” displey prototipinin bir düym üçün piksellərinin sayı “664 ppi” təşkil edir. Müqayisə üçün qeyd edək ki, 13,3 düymlü “MacBook Pro” noutbukunun “Retina” displeyinin təsvir ölçüsü 2560x1600 pikselə və 227-yə bərabər “ppi” göstəricilərinə malikdir.
“CAAC-OS” (C-Axis Aligned Crystalline Oxide Semiconductor) texnologiyasından istifadə olunmaqla istehsal edilən displey prototipində işıq diodları beş tranzistor və bir kondensatorla idarə olunur.
Perspektivdə “8K” formatlı 13,3 düymlü displey "high-end” sinfindən olan portativ kompüterlərdə tətbiq edilə bilər. İstehsalçı panellərin kütləvi buraxılışına nə vaxt başlayacağı barədə məlumat vermir, - "3DNews www.3dnews.ru” yazır.
Baxış sayı: 665
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib