Tarix:12/06/14
Modelin 2 milyonuncu ədədi 2013-cü ilin oktyabrında satılıb. Bunu nəzərə alaraq deyə bilərik ki, hazırda ayda təxminən 150 min bu kompüterdən satılır. Satış sayına görə “Raspberry Pi” artıq əvvəllər populyar olan “Amstrad” kompüterini geridə qoyub və “ZX Spectrum” (5 milyon ədəd satış) kompüterinə yaxınlaşıb.
Qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan “Raspberry Pi” - birplatalı kompüter olmaqla 700 MQhz tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835 “ çip üzərində sistem” (SoC) ilə yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin bağlanması üçün 3,5 mm çıxışla təchiz edilib.
Qeyd edək ki, kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb, - “Xaker www.xakep.ru” yazır.
3 milyon “Raspberry Pi” kompüteri satılıb
Kembricin “Raspberry Pi Foundation” qeyri-kommersiya təşkilatı rəsmən 3 milyon “Raspberry Pi” mini-kompüter modelini satdığını bəyan edib.Modelin 2 milyonuncu ədədi 2013-cü ilin oktyabrında satılıb. Bunu nəzərə alaraq deyə bilərik ki, hazırda ayda təxminən 150 min bu kompüterdən satılır. Satış sayına görə “Raspberry Pi” artıq əvvəllər populyar olan “Amstrad” kompüterini geridə qoyub və “ZX Spectrum” (5 milyon ədəd satış) kompüterinə yaxınlaşıb.
Qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan “Raspberry Pi” - birplatalı kompüter olmaqla 700 MQhz tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835 “ çip üzərində sistem” (SoC) ilə yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin bağlanması üçün 3,5 mm çıxışla təchiz edilib.
Qeyd edək ki, kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb, - “Xaker www.xakep.ru” yazır.
Baxış sayı: 634
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib