Tarix:13/06/14
“Samsung” şirkəti yeni seriyaya məxsus planşetlərin iki modifikasiyasını nümayiş etdirib. Bu cihazlar 8,4 və 10.5 düymlük 1600x2560 təsvir ölçülü “Super AMOLED” displeyi ilə təchiz edilib. Birinci modelin çəkisi 294 qr, digərində isə 465 qr təşkil edir. Hər iki aparatın qalınlığı 6,6 mm-dir.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Galaxy Tab S” xəttinə məxsus aparatlar səkkiznüvəli “Exynos 5 Octa” prosessoru ilə təchiz edilib və “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb. Planşetlər 3 QB əməli, 16/32 daxili yaddaş, 8 meqapiksellik əsas və 2,1 meqapiksellik ön kamera ilə təchiz edilib, həmçinin “microSD” fləş kartlarını dəstəkləyir. Hər iki model ağ və donuq bürünc rənglərdə buraxılacaq. Akkumulyatorların avtonom iş vaxtı 11 saatlıq video göstərilməsinə kifayət edəcək.
Yeni planşetlər çoxməsələlik funksiyasını dəstəkləyir və hər iki model həm smartfon, həm də fərdi kompüterlə sinxronlaşacaq. Yeni “Galaxy Tab S” planşetləri ilə telefon zənglərinə cavab vermək mümkün olacaq. Planşetlər səkkiz istifadəçi üçün nəzərdə tutulmuş barmaq izi skaneri və enerjiyə qənaət funksiyası ilə təchiz edilib.
ABŞ-da Wi-Fi dəstəkli “Galaxy Tab S” planşetlərinin satış həcmi iyulda başlayır. 8.4 düymlük ekranla təchiz edilmiş qurğunun qiyməti 399 dollar, böyük ekranlı cihazın qiyməti isə 499 dollar təşkil edir. LTE şəbəkələri dəstəkləyən versiya daha sonra bazara çıxarılacaq.
Emil Hüseynov
“Samsung” şirkəti “Galaxy Tab S” planşetlərinin yeni xəttini nümayiş etdirib
Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Tab S” planşetlərinin yeni xəttini ictimaiyyətə nümayiş etdirib. Təqdimat Nyu-York şəhərinin mərkəzində yerləşən “Madison Square Garden” idman-konsert kompleksində keçirilib.“Samsung” şirkəti yeni seriyaya məxsus planşetlərin iki modifikasiyasını nümayiş etdirib. Bu cihazlar 8,4 və 10.5 düymlük 1600x2560 təsvir ölçülü “Super AMOLED” displeyi ilə təchiz edilib. Birinci modelin çəkisi 294 qr, digərində isə 465 qr təşkil edir. Hər iki aparatın qalınlığı 6,6 mm-dir.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Galaxy Tab S” xəttinə məxsus aparatlar səkkiznüvəli “Exynos 5 Octa” prosessoru ilə təchiz edilib və “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb. Planşetlər 3 QB əməli, 16/32 daxili yaddaş, 8 meqapiksellik əsas və 2,1 meqapiksellik ön kamera ilə təchiz edilib, həmçinin “microSD” fləş kartlarını dəstəkləyir. Hər iki model ağ və donuq bürünc rənglərdə buraxılacaq. Akkumulyatorların avtonom iş vaxtı 11 saatlıq video göstərilməsinə kifayət edəcək.
Yeni planşetlər çoxməsələlik funksiyasını dəstəkləyir və hər iki model həm smartfon, həm də fərdi kompüterlə sinxronlaşacaq. Yeni “Galaxy Tab S” planşetləri ilə telefon zənglərinə cavab vermək mümkün olacaq. Planşetlər səkkiz istifadəçi üçün nəzərdə tutulmuş barmaq izi skaneri və enerjiyə qənaət funksiyası ilə təchiz edilib.
ABŞ-da Wi-Fi dəstəkli “Galaxy Tab S” planşetlərinin satış həcmi iyulda başlayır. 8.4 düymlük ekranla təchiz edilmiş qurğunun qiyməti 399 dollar, böyük ekranlı cihazın qiyməti isə 499 dollar təşkil edir. LTE şəbəkələri dəstəkləyən versiya daha sonra bazara çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 1865
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib