12px13px15px17px
Tarix:13/06/14

İranda “İran-Azərbaycan Yüksək Texnologiyalar Forumu” keçiriləcək

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin dəvəti ilə 17-18 iyun tarixlərində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri nəzərdə tutulur.

Səfər zamanı rabitə və informasiya texnologiyaları sahəsi üzrə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı sərmayə yatırımı imkanları nəzərdən keçiriləcək, gələcək perspektivlər müzakirə olunacaq.

Həmçinin, səfər çərçivəsində nazir Əli Abbasovun  İranın müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri də planlaşdırılır. Bundan başqa, "İran-Azərbaycan Yüksək Texnologiyalar Biznes Forumu" da keçiriləcək.

Forum hər iki tərəfi təmsil edən sahibkarlar arasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
 



Baxış sayı: 1209

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024