Tarix:19/06/14
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, baş direktor Cef Bezos şirkətin birinci smartfonunu Sietl şəhərində nümayiş etdirib. Bu haqda “Mashable” resursu yazıb. Qurğunun əsas özəlliyi odur ki, istifadəçi eynəksiz üçölçülü təsvirlər görmək imkanına malikdir. Bundan əvvəl “HTC şirkəti “Evo 3D” modelini buraxıb, amma bu cihaz istifadəçilərin rəğbətini qazana bilməyib. Amma “Fire Phone” aparatında istiqamətin izlənilməsi hesabına “3D” effekti gücləndirən “Dynamic Perspective” texnologiyası tətbiq edilib.
Bezos “3D” ekranın internet sörfinq və alış-veriş üçün tətbiqini nümayiş etdirib. İstifadəçi ekrana toxunmadan sadəcə telefonu lazımi istiqamətdə əyərək menyu punktlarını aça bilər.
“Amazon” şirkəti “Fire Phone” alıcılarına şəkillərin saxlanılması üçün “Amazon Cloud” “bulud” xidmətində limitsiz həcm təklif edir. Yeni qurğuda kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir.
“Firefly” klavişinə sıxdıqda smartfon onun kamerasının obyektivinə düşən jurnal, QR kod, telefon nömrəsi və ya televiziya verilişinin şəklini çəkir, onları təyin etməyə çalışır və “Amazon” internet mağazasında elektron analoqunu satın almağı təklif edir.
O, həmçinin fon səsləri arasında mahnı və verilişləri ayırd edə bilir və onları satın almaq imkanı yaradır. Qurğudakı video və audiokontent “Amazon Fire TV” media əlavəsi, “Xbox” və “Playstation” oyun konsolları kimi başqa qurğulara ötürülə bilər.
“Fire Phone” smartfonunun ön və arxa paneli cızıqlara dayanıqlı “Gorilla Glass” şüşəsi, 4.7 düymlük HD ekran, 2,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru ilə təchiz edilib. Qurğu 2 QB əməli yaddaşa malikdir.
32 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti 650 dollar, 64 QB-lıq versiyada isə 750 dollar təşkil edir.
Emil Hüseynov
“3D” ekranlı smartfon nümayiş etdirildi
“Amazon” şirkəti ABŞ-da “3D” ekranlı “Fire Phone” smartfonuna ilkin sifariş qəbuluna başlayıb. Aparat iyulun 25-dən əlçatan olacaq. Bu haqda şirkətin internet mağazasının saytında məlumat verilib.“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, baş direktor Cef Bezos şirkətin birinci smartfonunu Sietl şəhərində nümayiş etdirib. Bu haqda “Mashable” resursu yazıb. Qurğunun əsas özəlliyi odur ki, istifadəçi eynəksiz üçölçülü təsvirlər görmək imkanına malikdir. Bundan əvvəl “HTC şirkəti “Evo 3D” modelini buraxıb, amma bu cihaz istifadəçilərin rəğbətini qazana bilməyib. Amma “Fire Phone” aparatında istiqamətin izlənilməsi hesabına “3D” effekti gücləndirən “Dynamic Perspective” texnologiyası tətbiq edilib.
Bezos “3D” ekranın internet sörfinq və alış-veriş üçün tətbiqini nümayiş etdirib. İstifadəçi ekrana toxunmadan sadəcə telefonu lazımi istiqamətdə əyərək menyu punktlarını aça bilər.
“Amazon” şirkəti “Fire Phone” alıcılarına şəkillərin saxlanılması üçün “Amazon Cloud” “bulud” xidmətində limitsiz həcm təklif edir. Yeni qurğuda kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir.
“Firefly” klavişinə sıxdıqda smartfon onun kamerasının obyektivinə düşən jurnal, QR kod, telefon nömrəsi və ya televiziya verilişinin şəklini çəkir, onları təyin etməyə çalışır və “Amazon” internet mağazasında elektron analoqunu satın almağı təklif edir.
O, həmçinin fon səsləri arasında mahnı və verilişləri ayırd edə bilir və onları satın almaq imkanı yaradır. Qurğudakı video və audiokontent “Amazon Fire TV” media əlavəsi, “Xbox” və “Playstation” oyun konsolları kimi başqa qurğulara ötürülə bilər.
“Fire Phone” smartfonunun ön və arxa paneli cızıqlara dayanıqlı “Gorilla Glass” şüşəsi, 4.7 düymlük HD ekran, 2,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru ilə təchiz edilib. Qurğu 2 QB əməli yaddaşa malikdir.
32 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti 650 dollar, 64 QB-lıq versiyada isə 750 dollar təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 1215
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib